SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bakıda polis bölməsinin rəisi dəyişdirilib - ƏMR

Bakıda polis bölməsinin rəisi dəyişdirilib - ƏMR

Tarix:

12-01-2018, 13:32

/ 3 580 dəfə oxundu.
Bakıda polis bölməsinin rəisi dəyişdirilib - ƏMR

Bakıda polis bölməsinin rəisi dəyişdirilib.

Bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin rəisi Cövdət Məmmədov tutduğu vəzifədən azad edilərək Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin rəisi vəzifəsinə təyinat alıb.

21-ci Polis Bölməsinin rəisi vəzifəsinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, 24-cü Polis Bölməsinin rəisi olmuş Hikmət Usubov bir müddət əvvəl tutduğu vəzifədən azad edilərək Yasamal rayon Mühafizə İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Şərhlər

XƏBƏR LENTİ