XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Ramil Usubov rəisi işdən ÇIXARDI

Ramil Usubov rəisi işdən ÇIXARDI

Ramil Usubov rəisi işdən ÇIXARDI
9-04-2019, 00:06

Ağcabədi rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi, polis mayoru İldırım Alıyev vəzifəsindən azad edilib.

Məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Onun yerinə hələlik təyinat olmayıb.

Qeyd edək ki, bir müddət əvvəl Zəngilan rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Ənvər Həsənov tutduğu vəzifədən azad edilərək Ağcabədi rayon Polis Şöbəsinin rəisi təyin edilib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.