SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » “İnsan özünə hörmət etməlidir” - FOTOLAR

“İnsan özünə hörmət etməlidir” - FOTOLAR

Tarix:

14-03-2022, 08:58

/ 523 dəfə oxundu.
“İnsan özünə hörmət etməlidir” - FOTOLAR

“Qadın kimi baxımlı olmağım ilk növbədə aktrisa, xanım kimi özümə və tamaşaçılarıma hörmətdən irəli gəlir! Əslində hər kəs öz işinin xidmətçisidir. Mən də işimlə, sənətimlə sizə layiqincə xidmət edirəm”.

Bu sözləri instaqramda Xalq artisti Məleykə Əsədova qeyd edib.

O daha sonra bu fikirləri izləyiciləri ilə bölüşüb:

“Mən 33 ildir səhnədəyəm! Bu illər ərzində bir əqidədə olub, vicdanımla, vətənimə, dövlətimə, böyüklərimə, sənətimə, dostlarıma sadiq olmuşam! Bunu məni yaxından tanıyan hər kəs bilir. Çox şükürlər olsun! Həyatda nəsə itirə bilərsən, ancaq vicdanınızı, əqidənizi itirməyin. Heç kimə pislik etməyin, öz işiniz xatirinə arxa planlar qurub, mərdimazarlıq etməyin, qəlb qırmayın. İnanın ki, geci-tezi var. Allah hər kəsin qəlbinin hisslərinin əvəzini verəcək! Hər bir kəs danışığı ilə, səsləndirdiyi fikirlərlə, yazdığı rəylərlə öz düşüncələrini, xarakterini, mədəniyyətini büruzə verir! İnsan adlanan varlıq ilk növbədə özünə hörmət etməlidir”. /OLAY

“İnsan özünə hörmət etməlidir” - FOTOLAR

Şərhlər

XƏBƏR LENTİ