Ramiz Məlik üzr istədi
Xalq artisti Ramiz Məlik həmkarı Məleykə Əsədova ilə aralarında baş verən insidentə münasibət bildirib. R. Məlik APA-ya açıqlamasında qeyd edib ki, baş verənlər anlaşılmazlıq üzündən olub, peşmançılıq hiss keçirir:
"Mən istəyirəm ki, bu söz-söhbətə birdəfəlik son qoyam. Son zamanlar əsəbi olmağım bəzi problemlərə səbəb olur. Xalq artisti Məleykə Əsədova ilə aramızda baş verən məlum hadisəyə görə çox təəssüf edirəm. Əsəbi olmuşam, dediklərim həqiqəti əks etdirmir. Məleykə Əsədova ilə bir neçə tamaşada tərəf müqabili olmuşam, illər boyu bir-birimizə hörmət etmişik. Onun haqqında statusu təhqir etmək üçün yazmamışdım. Sadəcə, anlaşılmazlıq olub. Məsələnin bu dərəcəyə gəlib çıxmasını düşünməzdim. Mən ona yaradıcılığında yeni uğurlar arzu edirəm. Məleykə, biz səninlə neçə illərin dostu olmuşuq. Anlaşılmazlıq olduğuna görə, bir-birimizi başa düşməmişik. Mən böyük kimi səndən üzr istəməyi özümə borc bilirəm”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır