Ucar xəstəxanasından daha bir GİLEY - "Ziya Məmmədovun qohumudur..."
Ucar rayonu 20 Yanvar küçəsi ev 34 sakini Hüseynov Tofiq Qəfər oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Mənim atam Hüseynov Qəfər Tofiq oğlunu Ucar rayon Mərkəzi xəstəxanasında həkimlər səhv müalicə ediblər deyə ürəyi xəstə düşdü və vəfat etdi.
Atam yüngül xəstələndi deyə Ucar rayon xəstəxanasına müraciət etdi.Orada Pərvanə adlı həkim atamı müalicə etdi.Uzun müddət müalicə alan atam günü-gündən zəiflədi.Səhhəti dahada pisləşdiyi üçün Göyçay xəstəxanasına apardıq.Orada müayinə edən həkimlər dedilər ki, müalicə səhv aparılıb deyə ürəyi çox zəifləyib.Bu minvalla atamın ürəyi ciddi xəstə düşdü və vəfat etdi.
Ucar rayon xəstəxanasında özbaşınalıq, savadsızlıq baş alıb gedir.Buna baxmayaraq qarşısı alınmır heç bir tədbir görülmür.Çünki xəstəxanasının Zeynal Bayramlı adlı direktoru keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qohumudur.Buna görə ondan hər gün əsaslı şikayətlər olsada baxılmır heç bir tədbir görülmür.
Prezident cənab İlham Əliyevdən xahiş edirəm insanlara qənim kəsilmiş Ucar rayon xəstəxanasının direktoru Zeynal Bayramlının və orada işləyən savadsız həkimlərin barəsində tədbir görəsiniz".
İddia olunanlarla bağlı Xalqxeber.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?