Ucar Rayon Mərkəzi Xəstəxananın baş həkimi xəstəxananı bazara çevirib
Ucar Rayon Mərkəzi Xəstəxanasının baş həkim müavini Xaləddin Qafarov rayon xəstəxanasını bazara çevirib.
Ucar Rayon Mərkəzi Xəstəxanasının baş həkim müavini Xaləddin Qafarovdan İcxeberler.info-ya şikayət daxil olub. Belə ki, əlillik almaq üçün müraciət edən vətəndaşları süründürməklə onlara pul verməyə məcbur etdiyi iddia edilir. Şikayəti olduğu kimi dərc edirik: " Kimlər ki pul verir, xəstəlik sənədləri Tibbi Sosial Ekspertiza Komissiyasina göndərilir. Pul verməyənlər isə kənarda qalır. 2017-2018 ci illər ərzində xeyli insan əlillik dərəcəsi alıb ki, bunların çoxu saxta yolla Xaləddin Qafarova pul verib alanlardı. Məqsədi alverçilik olan bu adam əvvəllər Müsavat Partiyasının üzvi idi. Sonra keçmiş deputat Elton Məmmədovun himayəsinə keçib, xəstəxanaya müavin gəldikdən sonra rayon xəstəxanası korrupsiya yuvasına çevrilib.
Bundan əlavə xəstəxanada şəkər xəstələrinin və onkoloji xəstələrin dərmanlarının verilməsində ciddi nöqsanlar var. Xaləddin həkimin etdiyi qanunsuzluqlar barədə ölkə rəhbərinə və baş prokurora mətbuat vasitəsi ilə Ucar sakinləri tərəfindən şikayət ediləcək".
Şikayətçilər onu da bildirir ki, dövlət xəstəxanası olmasına baxmayaraq pulsuz müayinə qeyri mümkündür.
Şikayətə aid sübut və dəlillər növbəti sayımızda dərc ediləcək. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
İcxeberler.info

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək