SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Aynişan müəllimi ilə nişanlanıb - FOTOLAR

Aynişan müəllimi ilə nişanlanıb - FOTOLAR

Tarix:

23-12-2019, 02:28

/ 2 741 dəfə oxundu.
Aynişan müəllimi ilə nişanlanıb - FOTOLAR

Bir neçə gün öncə Əməkdar artist Aybəniz Haşımovanın qızı, aktrisa Aynişan Quliyevanın nişan mərasimi keçirilib. Sənətçi bu barədə özü məlumat versə də, nişanlısının kimliyini hər kəsdən gizlədib.

A.Quliyeva fitnes məşqçisi Kənan Əliyevlə nişanlanıb.

Onların tanışlığı bir neçə ay öncə baş verib. Belə ki, A.Quliyeva K.Əliyevin çalışdığı idman zalında məşqlərə başlayıb. Bu müddət ərzində isə onların arasında sevgi münasibət yaranıb və bunu rəsmiləşdirmək qərarına gəliblər. Aynişan nişanla bağlı paylaşımına “Hər şey "Salam, Aynişan xanım, xoş gəlmisiniz” sözləri ilə başladı” şərhini yazıb.

Qeyd edək ki, K.Əliyev eyni zamanda sağlam qidalanma üzrə mütəxəssisdir. Həmçinin, modellik fəaliyyəti ilə də məşğul olan Kənan ötən il baş tutan “Best model of Azerbaijan” yarışmasında “Ən yaxşı fitness model” seçilib.
Aynişan müəllimi ilə nişanlanıb - FOTOLAR


Şərhlər

XƏBƏR LENTİ