XalqXəbər.Az

www.XALQXEBER.az » Şou-Biznes » Saçlarımı depressiyada olduğuma görə kəsdirməmişəm: Günay İbrahimli - ÖZƏL - FOTOLAR

Saçlarımı depressiyada olduğuma görə kəsdirməmişəm: Günay İbrahimli - ÖZƏL - FOTOLAR

Saçlarımı depressiyada olduğuma görə kəsdirməmişəm: Günay İbrahimli - ÖZƏL - FOTOLAR
2-12-2019, 04:12

Ötən gün iş adamı Ruhi Əliyevanın təşkil etdiyi Qadın şiddətə son kampaniyasında bir çox məşhurlar iştirak edib.

Xalqxeber.az xəbər verir ki, konfransda iştirak edən məşhurlardan biri də tanınmış müğənni Günay İbrahimli olub. Müğənni big.az-ın özəl olaraq suallarını cavablandırıb:

"Tez-tez görüşünümdə dəyişiklik etməyi xoşlayıram. Hazırda saçlarımı qısa kəsdirmişəm. Bunun depressiya ilə heç bir əlaqəsi yoxdur. Mən ümumumiyyətlə, depressiyaya düşən qadın deyiləm. Uzağı bir gün, ikinci gün yenə mən öz ampulamda oluram. Əksinə, həm işlərimdə həm də şəxsi həyatımda hər şey qaydasındadır. Çox xoşbəxtəm, həyatım qaydasındadır. Ailə qurmağı planlaşdırırıq. Təbii ki, ailə qurmaq təktərəfli olmur, hər iki tərəfin istəyi ilə olur. Ailəmizdə subaylar var. Amma, onlar hələ məni gözləyir. İnşaAllah Allahın qisməti ilə ailə quraram. Toyum media üçün qapalı olacaq. Bunların hamsını internetin görəcəksiniz".

İbrahimli "Yeni İl" ilə bağlı səfərə getməsindən də danışıb:

"Səfərə gedəcəm. Mən bayrama yaxın 3-4 gün qalmış bilet alıram. Olə bilər ki, mart-aprel ayında isti ölkələrə gedərəm. Sinqapur, İndoneziya kimi ölkələri sevirəm. Ola bilər gələcəkdə xaricdən ev alım, amma həmişəlik getmək fikrim yoxdur. Bakıdan başqa heç yerdə evim yoxdur.".

Günay Solo konsert verməsindən də danışıb:

"2020-ci ildə konsert verməyinlə bağlı düşünürəm. Hazırda ən böyük məqsədlərimdən biri budur".

Şahidə Tapdıq

Foto: Leyla Mustafazadə

Saçlarımı depressiyada olduğuma görə kəsdirməmişəm: Günay İbrahimli - ÖZƏL - FOTOLAR

XalqXeber.Az
OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.