SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Rüfət və Rəşadla bağlı SON QƏRAR VERİLDİ: həbs...

Rüfət və Rəşadla bağlı SON QƏRAR VERİLDİ: həbs...

Tarix:

15-07-2019, 12:27

/ 1 315 dəfə oxundu.
Rüfət və Rəşadla bağlı SON QƏRAR VERİLDİ: həbs...

"Space" televiziyasının efirində işlətdiyi ifadələrə görə müğənni Rüfət Axundov və Rəşad İlyasova qarşı xüsusi ittiham qaydasında verilən şikayətlə bağlı məhkəmə qərarından apelyasiya şikayətinə baxılıb.

Publika.az-a istinadən xəbər veririk ki, Bakı Apelyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə baş tutan prosesdə xüsusi ittihamçı Rahim Sadıqlının şikayəti üzrə qərar elan edilib.

Qərara görə, şikayət təmin olunmayıb.

Qeyd edək ki, xüsusi ittihamçı Rahim Sadıqlı Yasamal rayon Məhkəməsinin çıxardığı qərardan narazı qalıb və apellyasiya şikayəti verib.

Bakı Apelyasiya Məhkəməsinə müraciət edən Rahim Sadıqlı hər iki müğənninin həbs edilməsini istəyib.

Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, Rəşad İlyasov və Rüfət Axundova qarşı xüsusi ittiham qaydasında verilmiş şikayət əsassız olduğundan məhkəmə tərəfindən icraata qəbul edilməyib.

Rəşad İlyasovun vəkili Şahmar Məmmədov məhkəmənin verdiyi bu qərarın tam ədalətli olduğunu deyib.

Qeyd edək ki, xüsusi ittihamçı olan vətəndaş Rahim Sadıqlının nümayəndəsi bundan əvvəl keçirilən prosesdə qeyd edib ki, “Space TV"də “Hər səhər” verilişində qeyri-etik ifadələr səsləndirilib. O, hər iki şəxsin cinayət məsluliyyətinə cəlb edilməsini və onların hər birinin 6 ay müddətinə azadlıqdan məhrum olunmalarını istəyib.

Aprelin 5-də “Space TV"-də “Hər səhər” verilişində müğənni Rüfət Axundovla Rəşad İlyasov qonaq olub.

Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) yaydığı məlumata əsasən, Rəşad Axundov mahnı oxuyarkən dəfələrlə qeyri-etik ifadələrdən istifadə edib.

Kanalın efirində getmiş ədəbsiz söz və ifadələr Şura tərəfindən aparılan monitorinqlər zamanı aşkar olunub.

MTRŞ aprelin 5-də kanal rəhbərliyinin iştirakı ilə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 5-8 min manat cərimə olunmasına dair protokol tərtib edib.

Həmçinin televiziya və radio rəhbərlərinə şifahi xəbərdarlıq edilərək ki, Rüfət Axundovun efirə çıxmasına məhdudiyyət qoyulub.

Daha sonra vətəndaş Yasamal rayon Məhkəməsinə müraciət edərək hər iki müğənninin Cinayət Məcəlləsinin 148-ci (təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddəsinin sanksiyası çərçivəsində cəzalanması tələb edilir.

Şərhlər

XƏBƏR LENTİ