
Teleaparıcı Xoşqədəm Hidayətqızı reklam çəklişi üçün 30 min AZN qonorar tələb edib.
Bu barədə aparıcı “Bizə danış” verilişində açıqlama verib.
Hidayətqızı şirkətin onu başqa məşhura dəyişdiyini söyləyib:
“Reklam çəkilişi üçün mənə müraciət ediblər. Onlara dedim ki. 30 min manat ödəniş edin. Daha sonra müqavilə bağlayın, vergi pulunu ödəyin. Mənə cavab verdilər ki, filankəs müğənni 5 min manata çəkilib. Mən isə söylədim ki, onun qiyməti belədir. Mənim isə qiymətim budur”.