Xoşqədəm qarğış etdi: "Ailənizin başına gəlsin"
Aparıcı Xoşqədəm Hidayətqızı "Səni axtarıram" proqramının mövsüm finalında bacısının dünyasını dəyişən övladından danışıb.
Sosial şəbəkədə məsələ ilə bağlı müzakirələr aparılıb. Bəzi yerlərdə isə onun fikirləri yanlış yazılaraq, başlıqda öz övladı dünyasını dəyişmiş kimi verilib.
Xəbərdən əsəbiləşən X.Hidayətqızı qarğış edib:
"Ey, bu başlığı yazan insan!!! Sənin ailən, anan, atan, bacın, qardaşın varmı? Varsa, bu xəbərə başlığı hansı vicdanla yazırsan?! Bilirsənmi, bu başlığı bu gün oxuyub halı pisləşən nə qədər yaxınım olub? Bəli, "Xoşqədəm Hidayətqızı" adı reytinqdir, milyonlarla oxucu deməkdir... Amma daha bu cür başlıqla onun yaxınlarına, ailəsinə acı yaşadacaq halda yox.
Yazıqlar olsun! Bu cür başlıqları yazaraq bu gün mənim ailəmə həyəcan, qorxu hissi yaşadanlar, bu hadisə sizin başınıza həqiqətən gəlsin və ailəniz, yaxınlarınız mənim ailəmin bu gün yaşadıqlarını yaşasın. Məni bu bəddua üçün kimsə qınamasın. Bu gün övladım yanımda olmasaydı, bəlkə mənim də bu başlığı oxuyub ürəyim dayanacaqdı. Ona görə də, bu duaya görə kimsə məni qınamasın".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək