SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Göyçayın təzə başçısı xəstəxananın da ətrafını zibilliyə çevirib - Fotolar

Göyçayın təzə başçısı xəstəxananın da ətrafını zibilliyə çevirib - Fotolar

Tarix:

16-07-2017, 23:38

/ 128 554 dəfə oxundu.
Göyçayın təzə başçısı xəstəxananın da ətrafını zibilliyə çevirib - Fotolar

Göyçay Mərkəzi Rayon Xəstəxanasının ətrafında antisanitariya tüğyan edir
Bunu Feysbukda yayılmış şəkillərdən də görmək olar.
3 aydır ki, Göyçay RİH-nin nümayəndələri "AVA-N" MMC-yə məxsus bazarda antisanitariya vəziyyet axtarırlar, amma tapa bilmirlər.
Ona görə də oradakı vəziyyəti gözdən salmaq üçün 5 il əvvelə aid "Göyçay-Bazar"ın fəaliyyəti dövründə yaranmış zibillikləri əks etdirən şəkilləri mətbuatda yayırlar.
Amma Göyçay RMX-nın böyür-başında zibil dağlarının yarandığını görməzdən gəlirlər.
Ümumiyyətlə, Mehdi Səlimzadənin Göyçayın icra başçısı təyin olunması rayonun olan-qalan abadlığını da məhv edib. İcra başçısı rayonda ən azından prezidentin xoşuna gəlmək üçün hər hansı addım atmasına rast gəlinmir.
Göyçaylılar Mənsur Məmmədov və Mübariz Ağayev zülmündən xilas olduqlarını güman edirdilər. Ancaq indi onlara rəhmət oxuyurlar.
Göyçay xəstəxanasının ətrafındakı zibillik nə baş həkimi, nə icra hakimiyyətini, nə kommunal təsərrüfat birliyini narahat edir.
Mediada gedən xəbərlərə görə, Mehdi Səlimzadə bələdiyyədə işlədiyi dövrdə məhkəmələrə və müvafiq qurumlara təzyiq göstərərək, “Ekspress-11” fərdi kiçik müəssisəsinə qış örüş sahəsi kimi ayrılmış torpaq sahəsinin saxta sənədlər əsasında daş karxanası kimi qeydə almasına da nail ola bilib.
Qeyd edək ki, Müasir Müsavat Partiyası sədri Hafiz Hacıyev də M.Səlimzadənin ölkə başçısını nüfuzdan salmaqla məşğul olduğunu emişdi:
“Bu adam Prezidentə qarşı çox böyük xəyanət yolu tutub. Xalqla Prezident arasında uçurum yaradır. Düşünürəm ki, onun davranışları yaxşı sonluqla nəticələnməyəcək”.
Göyçayın icra başçısı sarıdan heç bəxti gətirməyib. Nə Mənsur Məmmədov, nə Mübariz Ağayev, nə də ki indiki Mehdi Səlimzadənin dövründə gün görüblər. Lakin hazırkı rayon rəhbəri sələfilərinə rəhmət oxudur.
Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun kadrlarından cana doymuş göyçaylılar ümid edirdi ki, yeni rayon icra başçısı onlara oxşamaz. Onun rəhbər posta gəlişi heç nəyi dəyişmədi. Dəyişən isə şikayətlərin çoxluğu oldu.
Göyçayın təzə başçısı xəstəxananın da ətrafını zibilliyə çevirib - Fotolar
Göyçayın təzə başçısı xəstəxananın da ətrafını zibilliyə çevirib - Fotolar
Göyçayın təzə başçısı xəstəxananın da ətrafını zibilliyə çevirib - Fotolar

Şərhlər

XƏBƏR LENTİ