SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Göyçayın icra başçısı “zibilpulu”ndan sərvət qazanır? - sakinlər ölkə başçısına müraciət etdi-FOTO

Göyçayın icra başçısı “zibilpulu”ndan sərvət qazanır? - sakinlər ölkə başçısına müraciət etdi-FOTO

Tarix:

11-10-2017, 12:17

/ 33 912 dəfə oxundu.
Göyçayın icra başçısı “zibilpulu”ndan sərvət qazanır? - sakinlər ölkə başçısına müraciət etdi-FOTO

“Göyçay RİH-nin başçısı Mehdi Səlimzadə ilə Göyçay Kommunal Təsərrüfat İdarəsinin müdiri Loğman Əliyev arasında yaşanan intriqa nəticəsində rayonumuz zibillik içində qalıb!”
Bu sözləri bir neçə Göyçay sakini “Bolgexeber.com”un elektron poçt ünvanına göndərdiyi şikayət ərizəsində yazıb.
Sakinlərin sözlərinə görə, rayonda hər ay hər evdən zibilpulu adı altında 3 manat pul yığılır ki, bu da ay ərzində 30.000 manat pul edir.
Rayonun icra başçısı Mehdi Səlimzadə və Kommunal Təsərrüfat İdarəsinin müdiri Loğman Əliyevin birgə fəaliyyəti nəticəsində yığılan bu 30.000 manatdan hər ay 10.000 manat Mehdi Səlimzadəyə çatır.
Son zamanlar isə Mehdi Səlimzadə hər abonentdən yığılan 2 manatın ona çatmasını tələb edib, ancaq Loğman Əliyev buna razı olmayıb. Nəticədə ciddi mübahisə yaranıb.
“Səndən əvvəlki icra başçısı da məni şərləmək istəmişdi, amma alınmadı. Sənin buna gücün çatmaz. Bundan sonra sənə bir qəpik də pul verməyəcəm!”
Tələblərinin yerinə yetirilmədiyini görən Göyçay RİH-nin başçısı Mehdi Səlimzadə Loğman Əliyevi işdən çıxartmaqla hədələyib. Ancaq Loğman Əliyev ondan qorxmadığını, ona gücünün çatmayacağını və bundan sonra Mehdi Səlimzadəyə bir qəpik də pul verməyəcəyini deyərək başçının otağını tərk edib.
Fotolardan da göründüyü kimi, Göyçayın iki vəzifəli məmurun şəxsi mənafelərini ön planda tutduqları üçün yaranan mübahisə ən çox rayon sakinlərinin yaşayışına təsir edir.
Şikayətçilər bildirir ki, küçələrdə zibil əlindən, zibil iyindən yerimək olmur.Parklarda hovuzlara su vurulmur, içərisi tullantılarla dolub daşır. Sanki Göyçay müharibədən çıxmış şəhərə oxşayır.
Belə xoşagəlməz davamiyyət azyaşlı uşaqların və xəstə qocaların həyatını ciddi təhlükə altında qoyur.
Bəs görəsən, rayonun icra səlahiyyətlərinin hamısını əlində cəmləşdirən Mehdi Səlimzadə Göyçay Kommunal Təsərrüfat İdarəsinin müdiri barəsində niyə tədbir görə bilmir?
“Mehdi Səlimzadə bu səs yazısının yayılacağından qorxuduğu üçün Loğman Əliyevin qarşısında aciz qalıb!”
Şikayətçilər bildirir ki, aralarında yaranmış mübahisəyə qədər Loğman Əliyev korrupsiya yolu ilə əldə etdiyi pulların müəyən miqdarını icra başçsına verən zaman diktofonla onun səsini gizli formada yazdığı deyilir. Ona görə də Mehdi Səlimzadə Loğman Əliyev haqqında heç bir tədbir görə bilmir. Amma icra başçısı əslində çox istəyir ki, Göyçay Kommunal Təsərrüfat İdarəsinin müdiri vəzifəsinə qardaşı oğlunu Əlini gətirsin.
Göyçay sakinlərinin prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya ünvanladığı müraciəti olduğu kimi təqdim edirik:
“Biz Göyçay rayon sakinləri mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirik ki, Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin talançılıq, korrupsiya cinayətlərini araşdırıb onun və əlaltılarının barəsində ciddi tədbirlər görsünlər.Mehdi Səlimzadə 1 il 3 aydır ki, Göyçay rayon icra başçsı vəzifəsinə təyin olunub.Bu müddət ərzində yaratdığı özbaşınalıq, fəaliyyətsizliyin nəticəsində rayonda idarəetmə itib.Göyçay Kommunal Təsərrüfat İdarəsinin müdiri Loğman Əliyevlə Mehdi Səlimzadənin pul bölgüsünə görə aralarında yaranmış mübahisə nəticəsində Göyçay şəhəri zibillik içində itib batır.Şəhər baxımsız vəziyyətə düşüb buna görə sakinlərin həyat və sağlamlıqları ciddi təhlükə qarşısındadır.Bu iki məmuru intriqasına görə Göyçay respublikanın ən çirkli şəhərinə çevrilib!”
Məsələyə münasibət öyrənmək üçün Göyçay RİH ilə əlaqə saxlamaq istəsək də, cəhdlərimiz boşa çıxdı.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Bolgexeber.com
Göyçayın icra başçısı “zibilpulu”ndan sərvət qazanır? - sakinlər ölkə başçısına müraciət etdi-FOTO
Göyçayın icra başçısı “zibilpulu”ndan sərvət qazanır? - sakinlər ölkə başçısına müraciət etdi-FOTO
Göyçayın icra başçısı “zibilpulu”ndan sərvət qazanır? - sakinlər ölkə başçısına müraciət etdi-FOTO
Göyçayın icra başçısı “zibilpulu”ndan sərvət qazanır? - sakinlər ölkə başçısına müraciət etdi-FOTO
Göyçayın icra başçısı “zibilpulu”ndan sərvət qazanır? - sakinlər ölkə başçısına müraciət etdi-FOTO
Göyçayın icra başçısı “zibilpulu”ndan sərvət qazanır? - sakinlər ölkə başçısına müraciət etdi-FOTO
Göyçayın icra başçısı “zibilpulu”ndan sərvət qazanır? - sakinlər ölkə başçısına müraciət etdi-FOTO

Şərhlər

XƏBƏR LENTİ