XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Daha iki başçıya “qara kağız”: Beyləqan və Neftçalada çamadan ovqatı

Daha iki başçıya “qara kağız”: Beyləqan və Neftçalada çamadan ovqatı

Daha iki başçıya “qara kağız”: Beyləqan və Neftçalada çamadan ovqatı
10-07-2017, 19:47

Beyləqan və Neftçala rayonlarında icra hakimiyyəti postlarında dəyişiklik gözlənilir
Vaqif Abdullayevlə İsmayıl Vəliyevin yerinə yeni kadrlar hazırlanır.
Hər iki icra başçısı uzun müddətdir ki, bu rayonlara rəhbərlik edir. Amma onların fəaliyyəti prezidenti qane etməyib.
İndiyə qədər Neftçala və Beyləqandan şikayətdən başqa heç bir şad xəbər gəlməyib. Prezidentin ayırdığı vəsaitlər də havaya sovrulub və korrupsiyanın qurbanı olub.
Nəticə etibarı ilə rayonlar abadlaşmayıb, iş yerləri açılmayıb, sosial problemlər olduğu kimi qalıb, xarici investorlar cəlb edilməyib, aqrar sektor inkişaf etdirilməyib. Bu baxımdan V.Abdullayevlə İ.Vəliyevin işdən çıxarılmasının vaxtının çatdığı deyilir.
Vaqif Abdullayevlə İsmayıl Vəliyev Yasamalın icra başçısı olmuş İbrahim Mehdiyev kimi yaşlıdırlar. Neftçala rayon İcra Hakimiyyəti başçısı İsmayıl Vəliyev sahibkarlara divan tutmaqda davam edir.
İsmayıl Vəliyev sahibkarlara qənim kəsilməklə təkcə prezidentin tapşırıqlarına və tələblərinə qarşı çıxmır, həm də eyni zamanda sahibkarlara zülm və sitəm etməklə böyük pullar da qazanır.
Aydındır ki, seçki ilində sosial-iqtisadi gərginlikdən istifadə edənlər ortaya çıxır ki, əyalətlərdə mümkün narazılıqlar belə qüvvələrin marağına xidmət edə bilər.
Bu səbəbdən də yaxın vaxtlarda İbrahim Vəliyev kimi işsiz qalacaq icra başçılarının sayı artacaq. Bu mənada Beyləqanın icra başçısı V.Abdullayev də insanları ən çox incidən məmurlardan biridir.
Mərkəzi hakimiyyətin ümidi doğrultmayanlar əsasən, aran və sərhəd rayonlarıdır. Onlar rayonların iqtisadi potensialına baxmayaraq, ötən aylar ərzində heç bir irəliləyişə nail ola bilməyiblər.
Rayona sərmayə cəlb etmək, yeni iş yerləri açmaq, yerli əhalinin problemlərinə daha həssas və çevik münasibət göstərmək əvəzinə, bəzi rayonlarda əksinə, narazılıqlar da artıb. Bu isə iqtidarın yaxınlaşmaqda olan seçki ilində qarşıya qoyduğu siyasi və iqtisadi strategiyaya ziddir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.