İsmayıl Vəliyev də narazılıq yaradır... - "İş yerimizi itirmək istəmirik"
Redaksiyamıza müraciət edən bir qrup neftçalalı təhsil işçisi yerli icra hakimiyyətinin təzyiqlərindən giley edir. Müəllimlər iddia edirlər ki, Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin adından onlara göstəriş gəlib.
Daxil olan müraciətdə deyilir: "Bizə tələb qoyublar ki, büdcə təşkilatlarında çalışanlar öz pay torpaqlarında pambıq əkməlidir. Buna etiraz edənlər isə iş yerini itirməli olacaq. Artıq proses gedir. Bizim isə belə ağır və həssas təsərrüfata nə imkanımız var, nə də təcrübəmiz. İş yerimizi də itirmək istəmirik. Xahiş edirik, bizə kömək edin".
Qeyd edək ki, sözügedən iddia ilə bağlı yerli icra hakimiyyəti ilə əlaqə yaratmağa çalışsaq da, mümkün olmadı. Amma yenə də qarşı tərəfi də dinləməyə hazırıq.
DİA.AZ

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...