XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Rabitə İşinin ''Qara Siyahısı'' Cəlilabadakı məmur büdcəni necə taladı? -ARAŞDIRMA

Rabitə İşinin ''Qara Siyahısı'' Cəlilabadakı məmur büdcəni necə taladı? -ARAŞDIRMA

Rabitə İşinin ''Qara Siyahısı'' Cəlilabadakı məmur büdcəni necə taladı? -ARAŞDIRMA
29-06-2017, 16:04

Cəlilabad rayonunda şok maxinasiyalar qeydə alınıb.
Belə ki, mənbəmizin verdiyi məlumatlara əsasən 2007- 2011-ci illər ərzində Cəlilabad Telekommunikasiya Qovşağının rəisi işləmiş Cəbrail Vəliyev özünə 1000 manat müavinat təyin edib. Güya, xidməti vəzifəsini yerinə yetirərkən zədə alıbmış. Bir faktı nəzərinizə çatdıraq ki, “əmək qabiliyyətini itirən” C. Vəliyev mühəndis vəzifəsində çalışır. Əslində, yuxarıda qeyd etdiyimiz məlumat birbaşa dövlət büdcəsini talamaq kimi dəyərləndirilir. Hesablamalardan da aydın görünür ki, dövlət büdcəsinə 62 min manat ziyan dəyib. Mühəndis kimi 400 manat, "əmək qabiliyyətini" itirdiyi üçün 833 manat alır.
Əgər adı hallanan şəxs əmək qabiliyyətini itiribsə heç bir halda mühəndis vəzifəsində çalışa bilməz. Görünür, saxta yollarla gəlir əldə etmək bəzi məmurlarımız üçün adiləşib. Onu da nəzərinizə çatdıraq ki, C. Vəliyevin arxalandığı və güvəndiyi şəxs İltimas Məmmədovdur. Xatırladaq ki, İ. Məmmədov, Rabitə və Yüksək Texnologiyalar Naziri Ramin Quluzadənin birinci müavinidir. Məhz bu amil yetər ki, Cəbrail Vəliyev saxta yollarla qazanc əldə etsin. Məsələ ilə bağlı əməkdaşımız adı hallanan C. Vəliyevlə telefon əlaqəsi yaratdı. Haqqında daxil olan informasiyanı əsassız adlandıran Cəbrail müəllim qarşı tərəf kimi mövqeyini yazılı şəkildə saytımızın elektron ünvanına göndərəcəyini bildirdi.
Reportyor.org olaraq bildiririk ki, dövlət büdcəsini talamaq, vəzifə səlahiyyətindən sui istifadə etmək qanunlara qarşı çıxmaqdır. Odur ki, C. Vəliyevə qarşı sürülən ittihamları Cəlilabad RİH-nə, rayon prokurorluğuna və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə rəsmi məktubla ünvanlanır. Və məsələnin dərindən araşdırılacağına inanırıq.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

P.S. İndicə əldə etdiyimiz məlumata görə İltimas Məmmədovun cəlilabaddakı ən yaxın dostu Cəbrail Vəliyevdir. Buda onu deməyə əsas verir ki, elektron ünvanımıza daxil olan məlumat tam dəqiqdir. Araşdırmalarımız davam edir...

Reportyor.org

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.