SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Astarada narazılıq yaradan MƏMUR KİMDİR? - İDDİA

Astarada narazılıq yaradan MƏMUR KİMDİR? - İDDİA

Tarix:

29-06-2021, 09:36

/ 702 dəfə oxundu.
Astarada narazılıq yaradan MƏMUR KİMDİR? - İDDİA

Redaksiyamıza daxil olan məlumata görə, Astara 49 saylı Yol İstismarı MMC-nin rəisi Qurban Əliyevin rəhbərlik etdiyi müəssisənin nəzdində yaratdığı asfalt zavodunun fəaliyyəti nəticəsində hasil olan zərərli tüstü və tullantılar zavodun yerləşdiyi Pensər kəndinin sakinlərinin haqlı narazılığına səbəb olur.

Məlumatda həmçinin, Qurban Əliyevin Pensər çayının yatağından çaylaq daşları istismar etdiyi və bununla da çay məcrəasını dəyişdiyi bildirilir. Bundan əlavə, müəssisə rəhbərinin istehsalata qeyri-leqal işçilər cəlb etdiyi, onlarla əmək müqaviləsi bağlamadığı, zavodun fəaliyyətindən əldə etdiyi gəlirləri vergidən gizlətdiyi qeyd olunur.

Bununla bağlı məlumat yayan “Azerinfo.az” saytı əlaqədar qurumlardan məsələyə reaksiya verilməsini istəyir...

Şərhlər

XƏBƏR LENTİ