XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Qurban bayramı namazının vaxtı açıqlandı

Qurban bayramı namazının vaxtı açıqlandı

Qurban bayramı namazının vaxtı açıqlandı
17-08-2017, 16:24

Azərbaycanda Qurban bayramı namazının vaxtı müəyyənləşib.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, bayram namazı sentyabrın 1-də saat 08:00-da Əjdərbəy məscidində, 09:00-da isə Təzə Pir məscidində qılınacaq.

Bu il Qurban bayramı sentyabrın 1 və 2-də qeyd olunacaq.

Qurban bayramında sentyabrın 2-nə - şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, sentyabrın 4-ü qeyri-iş günü olacaq.

Beləliklə, sentyabrın 3-ü də bazar gününə təsadüfi etdiyi üçün Qurban bayramında 4 gün ardıcıl qeyri-iş günü olacaq.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.