SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » İnam Kərimov qabaqlayıcı tədbir görməlidir - Ağstafa KTİ-nin təftişə ehtiyacı var

İnam Kərimov qabaqlayıcı tədbir görməlidir - Ağstafa KTİ-nin təftişə ehtiyacı var

Tarix:

1-06-2021, 16:03

/ 735 dəfə oxundu.
İnam Kərimov qabaqlayıcı tədbir görməlidir - Ağstafa KTİ-nin təftişə ehtiyacı var

Uğursuz kənd təsərrüfatı siyasəti yüksək nəticələr əldə edilməsini əngəlləyir. Kağız üzərində olan göstəricilər mövsüm zamanı uyğunsuzluq təşkil edir. Bununla da, Kənd Təsərrüfatı naziri İnam Kərimova inam ilbəil azalır. Əslində nazirə olan etimadın “xərclənməsində” cəmi məsuliyyət sahibləri rayon Kənd Təsərrüfatı İdarəsinin rəhbərləridir. Hamısı olmasa da, bəziləri keçmiş birokratlardan təşkil olunan KTİ rəislərinin “məhsuldarlıq etalonu” ağ kağız üzərində şişirtdikləri rəqəmlərdir.

Ağstafa Kənd Təsərrüfatı İdarəsi

Ağstafa Kənd Təsərrüfatı İdarəsinin fəaliyyəti birbaşa təhlillərə, yoxlamalara istinad vəziyyətindədir. Bu idarənin birokrat rəhbəri Ramiz İmanovdan danışmaq ümumiyyətlə yersizdir. Pulunu balta kəsməyən bu şəxsin işi, adəti uzun illər RİH-də başçının kənd təsərrüfatı üzrə müavini olaraq, “taxıl pripiskası”nı koordinasiya etmək olub. Adam 500 min hektarlarla torpağı Kənd İnzibati Ərazi Nümayəndələrinin bilavasitə iştirakı ilə kağız üzərində buğda əkini yazdırıb, ayrılan dotasiyanı oğurlamaqla yekunlaşdırmaq olub. Adaşı, başçının 1-ci müavini olmuş (hazırda həbs həyatı yaşayır) Ramiz Tatarova güvənən, arxalanan Ramiz İmanov o həddə qədər taxıl əkini adına ayrılan dotasiyaları mənimsədi ki, bir gün Maliyyə Nazirliyinin yoxlaması Ağstafada peyda oldu. Onda “eşşəyi ölən” İmanovu “kəndirdən alan” İsmət Abbasovun Heydər Əsədovla əvəzlənməsi oldu.

Bu şəxsin indiki halda nə işlə məşğul olduğunu bilmək üçün KTN daxili auditinin yüngül təftişinə ehtiyac var. Yəni, bu idarənin ştat vahidlərinə nəzər yetirilməlidir. Bağban, xidmətçi, katibə ştatına qədər ailə “təşkilatı”ndan ibarət Ağstafa KTİ-də çalışanların kimlərdən təşkil olunduğu, idarədə xidmətçinin “katibə” statusunda ötkəmliyinə qədər hegamonluğunun nədən qaynaqlandığını müəyyənləşdirmək olar.

Tez-tez dava-dalaşın baş verdiyi Ağstafa KTİ-də qab-qacağın niyə havada fırlandığının, bu halda Ramiz İmanovun xidmətçiyə “sakit ol, sakit ol” deyib, bunlara dözməsinin hansı səbəbdən ola biləcəyi bilinər. Dövlətin pulunun israfçılığa uğradığı Ağstafa KTİ-də arıçılığa, suni mayalanmaya xərclənən pullar müqabilində bu idarənin dövlətə verdiyi töhvənin ziyandan başqa bir əmsal olmadığı, ancaq Ramiz İmanova mənfəət gətirdiyi, “taxıl pripiskası”nı və başqa sahələrdəki neqativləri aşkarlamaq istənilirsə, nazirlik yubanmadan hərəkətə keçməlidir.

Ətrafdan cazibədar göründüyü Ağstafa KTİ kəndlərdə sahibkarlarla da istənilən səviyyədə marifləndirmə işi aparmayıb. KTİ-nin fəaliyyət istiqamətlərindən olan kəndlərdə aqrar maarifləndirmə işinin həyata keçirilməsini, digər yerli qurumların fəaliyyəti ilə sahibkarların əlaqələndirilməsini, yerli sahibkarların dəstəklənməsini, bitkiçilik və heyvandarlıq sahələrinin inkişafının təmin edilməsini, yeni texnika, innovativ inkişaf metodları barəsində nazirliyə hər hansı təklif verəcəyini gözləmək yersizdir. Ağstafa KTİ-nin Ramiz İmanovun rəhbərliyi altında inkişaf etdiriləcəyini düşünmək absurd bir məsələdir.

Qeyd: KTN İnam Kərimovun Ağstafa rayonu ilə bağlı qohumluq əlaqələrindən dolayı bölgədə işləyən rəhbər şəxslərdə bir arxayınçılıq hissi var. “Aqroservis” ASC-nin Şəmkir Regional İdarəsinin rəisi Azər Əliyev, nazirliyin daxili nəzarət şöbəsinin bəzi əməkdaşlarının bir müddət öncə Samux “Aqroservis” ASC-nin müdiri Saleh Cəfərova “münasibəti”, sonradan Saleh Cəfərovun dünyasını dəyişməsi müəyyən istifadə hallarının gizlin getdiyinin işartısıdır. Vəzifəcə aşağı olan işçilərin işdən çıxarılma qorxusu altında saxlanılması, onlarla kobud rəftar, telefonda təhdid xarakterli danışıq tərzi nazirin bilməli və tədbir görməli olduğu əmsallardandır. Hər halda,rəhbər şəxslərə daşıdıqları vəzifənin məsuliyyəti və bunun doğura biləcəyi mənfi münasibətin nazirin adı ilə bağlanacağı başa salınmalıdır


Dia.az

Şərhlər

XƏBƏR LENTİ