XalqXəbər.Az

XalqXeber.Az » Bölgə » Ağstafada yas mərasiminin təşkilinin qarşısı alınıb

Ağstafada yas mərasiminin təşkilinin qarşısı alınıb

Ağstafada yas mərasiminin təşkilinin qarşısı alınıb
21-04-2021, 08:42

Ağstafa Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayon ərazisində karantin rejimi qaydalarının pozularaq yas mərasimi təşkil edildiyi müəyyən olunub.

Daxili İşlər Nazirliyinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən mərasim dayandırılıb. Ölkədə elan edilən karantin rejimi qaydalarını pozduqları üçün mərasimi təşkil edənlər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.