XalqXəbər.Az

XalqXeber.Az » Bölgə » Əli Həsənovun buyruqqulusu olan icra başçısı... - PA-da kuratorluqdan Ağcabədiyə qədər...

Əli Həsənovun buyruqqulusu olan icra başçısı... - PA-da kuratorluqdan Ağcabədiyə qədər...

Əli Həsənovun buyruqqulusu olan icra başçısı... - PA-da kuratorluqdan Ağcabədiyə qədər...
7-04-2021, 16:24

Rayon qəzetində korrektor kimi fəaliyyətə başlayan gənc Rafil Hüseynov yatsa yuxusuna da girə bilməzdi ki, nə vaxtsa icra başçısı olacaq. Bəli, Rafil Hüseynovun keçmişini bir kənara qoyub, onun icra başçısı olduqdan sonrakı əməllərinə nəzər salaq.

2012-ci ildə Rafil Hüseynov Masallıya icra başçısı təyin olundu. Həmin gündən Masallı camaatının qara günləri başladı.
Rafil Hüseynov Masallıda qədim, 2500 illik qəbristanlığı sökdürüb yerində obyekt tikdirməklə gündəmə gəlib. Təsəvvür edirsiniz, mədəniyyət abidəsi kimi qorunan sahəni buldozerə vermək istəyən Rafil Hüseynovdan nələr gözləmək olar. Yaxşı ki, rayon sakinlərinin, jurnalistlərin ciddi etirazından sonra proses dayandı.
Jurnalist demişkən, Rafil Hüseynov Masallıda həm də jurnalistləri hədələməklə, onları məhkəməyə verib 5000 manat təzminat tələb etməklə yadda qalıb. Özü də hansı iddia ilə :
“İcra başçısının işgüzar mənafeyinə mənfi təsir” göstərdiyini əsas gətirərək xüsusi ittiham qaydasında ...
Bu adam Allah qoymasa 3 ali təhsil alıb, Prezident Administrasiyasında baş məsləhətçi olub, amma başa düşmür ki, hüquqi şəxs olaraq onun belə bir iddia qaldırmaq səlahiyyəti yoxdur.
Əlbəttə, Rafil Hüseynovun məqsədi onun fəaliyyəti ilə bağlı tənqid yazanları susdurmaqdır.
Bu gün də Masallıda Rafil Hüseynovun kifayət qədər kommersiya obyektləri var. Rafil Hüseynov Masallıda ''torpaqsatan'' kimi ad çıxarıb.
Bircə fakta nəzər salaq. Masallı sakini bildirir ki, 1998-ci ildə kommersiya məqsədilə rayon İcra Hakimiyyətindən aldıqları ərazidə yarımçıq qalmış obyekti tikib başa çatdırmaq və ölkə başçısının məlum tapşırığından sonra sahibkarlıq fəaliyyətlərini inkişaf etdirmək istəyiblər. Ancaq Masallı rayon İcra Hakimiyyəti başçısı Rafil Hüseynov onlara əngəl yaradıb. Belə ki, İcra Hakimiyyətinin Baş memarı Abbas Mikayılov onunla görüşərək 10 000 manat pul tələb edib. Bu pulun isə Rafil Hüseynova çatacağını bildirib. Qadın sahibkar məbləği verməkdən imtina etdiyi üçün icra başçısının göstərişi ilə təzyiqə məruz qalıb, döyülüb.
İndi özünüz fikirləşin qadını döydürən icra başçısından hansı yaxşı əməli gözləmək olar ?
Bu Masallıda baş verən çoxsaylı faktlardan biridir.
Bunlar Rafil Hüseynovun Masallıda törətdiyi əməllərdir.
Məlumdur ki, Rafil Hüseynovun polis zabiti olan oğlu Şəhriyar Hüseynzadənin gecə barlarında, bahalı gecə klublarında şəkilləri yayılandan və vətəndaşa qarşı hörmətsiz hərəkət edib onu şalvarsız vəziyyətdə aparandan sonra vəziyyət dəyişdi. Və icra başçısı PA çağırılaraq ciddi tənbeh olundu. Oğlu Şəhriyar isə nazir tərəfindən vəzifəsindən azad edildi.
Cəmiyyət də haqlı olaraq soruşdu ki, oğlunu tərbiyə edə bilməyən adam rayonu necə idarə edə bilər.
Bütün bunlar Rafil Hüseynovun Masallıda icra başçısı olduğu dövrə aiddir.
Növbəti yazımızda Rafil Hüseynovun Ağcabədidəki əməllərindən bəhs edəcəyik. Ağcabədinin yanında Masallı toya getməlidir.
Bizi izləyin.
//gundelik-baku.com//

[xfvalue_elave] XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.