SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Şamaxıda karantin qaydalarını pozan çayxana aşkar edilib

Şamaxıda karantin qaydalarını pozan çayxana aşkar edilib

Tarix:

27-01-2021, 11:44

/ 837 dəfə oxundu.
Şamaxıda karantin qaydalarını pozan çayxana aşkar edilib

Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir zamanı rayon ərazisində qanunsuz fəaliyyət göstərən çayxana aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polislər tərəfindən Şəhriyar qəsəbəsində yerləşən çayxanaya baxış zamanı obyekti işlədən şəxsin və 9 nəfər müştərinin karantin qaydalarını pozduqları müəyyən olunub. Onlar Polis Şöbəsinə dəvət edilib və barələrində qanunvericiliyə uyğun tədbir görülüb.

Şərhlər

XƏBƏR LENTİ