SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Oğuzda karantin qaydalarını pozan çayxana aşkar edilib

Oğuzda karantin qaydalarını pozan çayxana aşkar edilib

Tarix:

5-01-2021, 11:39

/ 655 dəfə oxundu.
Oğuzda karantin qaydalarını pozan çayxana aşkar edilib

Oğuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir zamanı rayonun Kərimli kəndi ərazisində yerləşən çayxananın xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərdiyi aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, həmin obyektə baxış zamanı orada olan müştərilər və çayxananı işlədən kənd sakini İmran Haşimovun sərtləşdirilmiş karantin rejimi qaydalarını pozduqları məlum olub. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimələniblər.

Şərhlər

XƏBƏR LENTİ