SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Şabranda 2 tenderi eyni şirkət qazandı - rüşvət qarşılığında

Şabranda 2 tenderi eyni şirkət qazandı - rüşvət qarşılığında

Tarix:

18-12-2020, 10:29

/ 854 dəfə oxundu.
Şabranda 2 tenderi eyni şirkət qazandı - rüşvət qarşılığında

Şabran rayon İcra Hakimiyyəti bir gündə 2 tender keçirib. Hər iki tenderin qalibi “Şabran D” MMC olub.

Belə ki, Şabran şəhərinin küçə yollarının təmir işləri üçün 447 min 22 manat 35 qəpik, Şabran şəhərində abadlıq işlərinin aparılması üçün isə 395 min 412 manat 69 qəpik “Şabran D” MMC-yə ödəniləcək.

Maraqlıdır ki, bu MMC-nin direktoru Cəlal Bədəlovla Şabran İcra Hakimiyyəti başçısının 1-ci müavini Mehdi Balabəyov arasında ciddi maliyyə konflikti olub. Yayılan məlumatlara görə, tərəflər arasında 227 min manatlıq məhkəmə mübahisəsi baş verib.

Cəlal Bədəlovun mediada dərc olunan şikayətlərin birində deyilir: “Şabran rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Mehdi Balabəyov rayonda aparılan quruculuq işlərinin və yeni layihələrin tenderindən iştiraka razılıq vermək məqsədi ilə məndən pul istəmiş və mən də bu tenderin uğurlu nəticələrinə və onun yalan vədlərinə inanaraq 227.000 (iki yüz iyirmi min) manat pul verdim. Sonradan bu şəxs tərəfindən aldandığımı görüb pulları geri istədim. Mehdi Balabəyov çox get-gəldən sonra 5 nəfərin iştirakı ilə məndən aldığı puldan 50.000 (əlli min) manat qaytardı və yenə də gözləməyi təklif etdi.

Lakin qalan pulumu qaytarmadı. Onun bu hərəkətləri ilə bağlı dəfələrlə Hüquq Mühafizə Orqanlarına müraciət etmişəm. Mehdi Balabəyov öz həmkarları tərəfindən müdafiə olunaraq, məndən aldığı pulları qaytarmaq istəmir.

Mən bu dəfə sizə Mehdi Balabəyovun səs yazılarını və görüntülü video çəkilişini əks etdirən diskləri göndərir və xahiş edirəm ki, bu faktın araşdırılmasına, Şabran rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Mehdi Balabəyovun əməllərinə hüquqi qiymət verilməsi və mənimsədiyi pulların mənə qaytarılmasına köməklik göstərəsiniz”…

Əlavə şərhə ehtiyac görmürük…(Qaynarinfo)

Şərhlər

XƏBƏR LENTİ