Mehdi Balabəyov məndən aldığı pulların müəyyən hissəsinin Novruz müəllimə verdiyini söylədi..." - İTTİHAM
Siyəzən rayon İcra Hakimiyyətinin başçısı
Cənab H. Novruzova
Bakı şəhəri, Nərimanov rayonu, Ak.
H. Əliyev küç. 92 a, mənzil....
Bədəlov Cəlil Bayram oğlu tərəfindən
Hörmətli Novruz müəllim!
Məlumat üçün bildirmək istəyirəm ki, Siz Şabran İcra Hakimiyyətinin başçısı işlədiyiniz dövrdə Şabran rayonu İcra Hakimyyəti Başçısının müavini Mehdi Balabəyov Şabran rayonunda aparılan quruculuq işlərinin və yeni layihələrin tendrində iştirakına razılıq vermək məqsədi ilə məndən pul istəmiş və mən də bu tenderin uğurlu nəticələrinə və onun yalan vədlərinə inanaraq ona 227 000 ( iki yüz iyirmi yeddi min ) manat pul verdim. Sonradan bu şəxs tərəfindən aldandığımı görüb vermiş olduğum pulları ondan istədim. Mehdi Balabəyov məndən aldığı pulların müəyyən hissəsinin Novruz müəllimə verdiyini söylədi.
Hörmətli Novruz müəllim!
Şabran rayon İcra Hakimiyyətinə çox get-gəldən sonra isə Siz məni Şabran rayonunda yerləşən Qaba restoranında qəbul etdiniz və söylədiniz ki, məni Mehdi Balabəyova verdiyim bütün pullar geri qaytarılacaq. Sonradan mənə 50 000 (əlli min) manat pul qaytarıldı və yenə də gözləmək təklif edildi. Lakin sonradan qalan pulum qaytarılmadı.
Mən yenə sizdən xahiş edirəm.
Şabran rayon İcra Hakimiyyəti başçısının müavini mehdi Balabəyovun məndən mənimsədiyi pulların mənə qaytarılmasına köməklik göstərəsiniz.
Öncədən Sizə minnətdarlığımı bilidirirəm.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...