SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Balakəndə qanunsuz küçə ticarəti ilə məşğul olanlar cərimələnib - FOTO

Balakəndə qanunsuz küçə ticarəti ilə məşğul olanlar cərimələnib - FOTO

Tarix:

10-08-2020, 16:51

/ 1 267 dəfə oxundu.
Balakəndə qanunsuz küçə ticarəti ilə məşğul olanlar cərimələnib - FOTO

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən antisanitar vəziyyət yaradan küçə ticarətinin qarşısının alınması məqsədilə şəhər ərazisində reyd keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhərin “bazar” adlanan ərazisində keçirilən reyd zamanı xüsusilə də səkilərdə piyadaların hərəkətini çətinləşdirən, pərakəndə ticarətlə məşğul olan satıcılara rast gəlinib. Həmin şəxslərlə maarifləndirici söhbətlər aparılıb, yoluxucu virusun geniş vüsət aldığı bir zamanda qida məhsullarının antisanitar şəraitdə ticarətinin aparılmasının düzgün olmadı onlara izah edilib. Qanunsuz küçə ticarəti ilə məşğul olanlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib olunub.
Balakəndə qanunsuz küçə ticarəti ilə məşğul olanlar cərimələnib - FOTO


Şərhlər

XƏBƏR LENTİ