SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Zaqatala işıq idarəsində özbaşınalıq - Vətəndaşa zorla böyük məbləğdə pul ödətmək istəyirlər...

Zaqatala işıq idarəsində özbaşınalıq - Vətəndaşa zorla böyük məbləğdə pul ödətmək istəyirlər...

Tarix:

23-06-2020, 09:34

/ 1 449 dəfə oxundu.
Zaqatala işıq idarəsində özbaşınalıq - Vətəndaşa zorla böyük məbləğdə pul ödətmək istəyirlər...

Zaqatala sakini Mirzəyeva Mədinə Teref.az-ın poçtuna şikayət məktubu göndərib. Mədinə xanım Zaqatala işıq idarəsinin onun başına açdığı oyunlardan söz açaraq, onların heç kii saymadıqlarını qeyd edir. Teref.az oaraq Mədinə xanımın məktubunun vergülünə, nöqtəsinə əl dəymədən oxuculara təqdim edirik. Ümidvarıq ki, Azərişıq ASC-nin rəhbərliyi məktuba reaksiya verərək, Mədinə xanımla Zaqatala işıq idarəsinin arasında gedən bu gizli "müharibə" yə bir əncam çəkrlər!
Zakatala şəhəri Azərbaycan prospekti 33,mənzil 1-de yaşayan Mirzəyeva Mədinə tərədindən
Ərizə:
Mənim daimi yaşayiş yerim yuxarida qeyd edilən ünvandadır.Menim qizim Bakı səhərində yaşayir.2016-cı il oktyabr ayinda qizimin yanına getmişəm.2017 -ci ilin aprel ayinin axiri evimə gəlib qaz cəkdirmişəm. Həmin ilin oktyabr ayinda yenidən Bakiya gayıtmışam .
2018-ci ərzində Zakatalaya gəlməmişəm.2019-ci ilin iyun ayindan mən Zakataladayam. Mən gələndən bir ay sonra işıq idarəsinin nümayəndəsi Hajıyev Babək və abunəçi Şamil Eminov gəldilər və shetçikə baxıb dedilər ki ,şetçik işləmir.
Mən də dedim ki,bir aydı gəlmişəm xəbərim yoxdu,mənim şetcikden başım çixmir,abünəçi görmürki şetçik işləmir,yaşayişda yoxdur,dəfələrnən gəlib qonşulardan soruşub,qonşular deyiblərki,Mədinə Bakıda qizlarının yanında olur. Setçikin xarab olmağından xəbərim olmayib,şetçik kücədə divarda,yağışın suyun altında durur.
Babək Hajıyev əlindəki aparatla şetçikə vurub gəldi,dedi ki,xala sənə coxlu pul gələçək,sən bir az pul ver biz şotçikin nömrələrini pozaq,azaldaq.
Mən razı olmadım. Dedim menim şetçikime əl vurma,plombu üstündə durur pozmaq lazlm deyil,sizə haqzız yerə niyə pul verməliyəm? Sonra bir kağiz yazdı ,dedi bura gol cək,məndə oxuya bilmədim hecnə gorünmürdü ,dedim orda nə yazmısan?
Dediki,sənə təzə şetçik qoyacaklar. Məndə qol cəkdim. Sonra dedi ki gotür kağızı mən sənə akt yazmışam,indi o pullari ödəyəcəksən,sən biznən razı düşmədin
Məndə aktı götürüb getdim işıq idarəsinə,ərizə də yazdim Şahin Xəlilova. (görünür işıq idarəsinin müdürüdürT.Az) Dedim evdə uzun müddət yaşayış olmayıb,heçnə araşdırmadan mənə 242 manat odenish yazmisiz Dedi ki ərizəni qoyun gedin.
Dedim sizin işciler Babək Hajıyev və Şamil Eminov ikisi əlbir olub,şetçiki pozub,sonrada məndən pul istəyirlər,sizin işçilər rüşvətxordular!
Bununla ikinçi ərizədə yazmışam.duzgun araşdırma aparmırlar. Deyirler biz həl edirik,Bakı bizə cavab vermir.Deyirler get Bakıya orda işivi həll elə.Mən Bakıda yaşayan müddətdə pensiyamı Bakı şəhəridən almışam. İndi Zakatala da yaşayıram Zakataladan alıram ,orda illəri gösrərir.
Təzə şetçik qoyandan sonra, şetçik 12 manat yazib.Evimde 3 lampoçka yanır,xolodilnik yoxdur,paltar yuyan maşın yoxdur,neçə oldu 12 manat yazsi dedim Şahin Xəlilova,o da mənə dedi ki 3-ay sənin şetçikivi yoxlayaq görək nə yazır.İyun ayından aprel ayına kimi 27 manat pul yazib.230 manatı orta aylıq hesabla hesablayıb gondəriblər.2020 -ci il aəlib,bir il omağa az qalib,mənim işimi həll eləmirlər,deyirem şikayət edəcəm,deyirlər hara istəyirsən elə biz heç kimdən qorxmuruq ,o pulu keçirməlisən.Jekdən uzun müddət evimdə yaşayış olmadığı üçün arayış alıb müdürə vermişəm.Qonshularda yazib qol çəkiblər ki ,həqiqətən Mədinə Mirzəyeva Zakatalada 2019 -ci ilin iyun ayında gəlib.
Bakı şəhərində 2016-cı ilin may ayında bir dəfə 10 manat ,bir dəfə də 16 manat ödəniş terminalından ödəniş etmişəm .2016 ci ilin noyabr ayında 10 manat ödəniş terminalından Bakıda ödəniş etmişəm.
14.04.2020 -ildə mənə xəbərdarlıq gönderibler ,yaziblar ki son xəbərdarlıqdi,257 manati ödəməsəz ishıqiniz kəsiləçək.və ödəniş etdikdən 48 saat sonra işıqiniz bərpa olunaçax.
Qarşı tərəfi dinləməyə hazırıq!
Zaqatala işıq idarəsində özbaşınalıq - Vətəndaşa zorla böyük məbləğdə pul ödətmək istəyirlər...

Şərhlər

XƏBƏR LENTİ