XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Sahil Babayevin kadrı karantini pozdu, polisə müqavimət göstərdi: həbs olunacaqmı?

Sahil Babayevin kadrı karantini pozdu, polisə müqavimət göstərdi: həbs olunacaqmı?

Sahil Babayevin kadrı karantini pozdu, polisə müqavimət göstərdi: həbs olunacaqmı?
2-06-2020, 10:29

Daha bir məmurun dövlətin qanunlarına qarşı gedərək hüquq mühafizə orqanlarının əməkdaşlarına tabe olmaması hada məlumat yayılıb. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gəncə şəhər, Kəpəz rayon şöbəsinin müdiri Əhmədov Rüfət Tapdıq oğlu Karantin qaydalarını kobud şəkildə pozaraq və polisə müqavimət göstərərək saxlanılıb. Hal-hazırda polis şöbəsində izahatı alınır. Araşdırmalarımız davam edir. Növbəti saatlarda ətraflı məlumat verəcəyik.
Bununla bağlı verilən digər məlumatda bildirilir ki, şöbənin müdiri Rüfət Əhmədov işində verdiyi nöqsanlara görə, nazirlik tərəfindən 15 may 2020-ci il tarixdə töhmət almışdır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.