Hüquq müdafiəçisi saxlanılıb - Göyçayda
Hüquq müdafiəçisi Taleh Xasməmmədovun saxlanılması və polisə müqavimət göstərməsi ilə bağlı məlumat yayılıb.
Bu barədə araşdırma aparan BiG.AZ saytı bəzi məlumatlar əldə edib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki Regional qrupunun baş inspektoru Mahir Mənsimovun redaksiyamıza verdiyi məlumata görə Taleh Xasməmmədov yanvar ayında Bakıda qırmızı işıqdan keçərək yol hərəkəti qaydalarını pozduğuna görə cərimə yazılıb. O, bu gün Göyçay rayonu ərazisində təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün yol patrul əməkdaşları tərəfindən saxlanılıb. Ona cəriməsi ödənilmədiyi üçün nəqliyyat vasitəsinin cərimə meydançasına aparılması ilə bağlı məlumat verilib. O isə razılaşmayıb və polisə müqavimət göstərib. 3 polis əməkdaşına xəsarət yetirib. Müqavimət göstərməsinə rəğmən avtomobil cərimə meydançasına aparılıb. Hazırda faktla bağlı prokurorluq və polis orqanları tərəfindən araşdırma aparılır. Böyük ehtimalla cinayət işi açılacaq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?