Şirvanda polisə müqavimət
Şirvanda polisə müqavimət göstərən şəxs zərərsizləşdirilib.
Bu barədə DİN Mətbuat Xidmətinin Şirvan Regional qrupunun baş inspektoru, polis leytenantı Toğrul Nəsirli məlumat verib.
Belə ki, cari il oktyabrın 4-də Hacıqabul şəhərində yaşayan Həsrət Şahverənovun bıçaq xəsarəti ilə xəstəxanaya daxil olması barədə Şirvan Şəhər Polis Şöbəsində (ŞPŞ) məlumat daxil olub.
Şirvan şəhər və Hacıqabul Rayon Polis şöbələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib.
Saxlanılan zaman Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş Murad Ağayev bıçaqla müqavimət göstərib. Polis əməkdaşları onu zərərsizləşdirərək istintaqa təhvil veriblər.
Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?