XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » İCRA BAŞÇISINDAN ŞƏHİD ADINA HÖRMƏTSİZLİK - BAXIMSIZ ORTA MƏKTƏB, YOXA ÇIXAN 100 MİN MANAT (VİDEO)

İCRA BAŞÇISINDAN ŞƏHİD ADINA HÖRMƏTSİZLİK - BAXIMSIZ ORTA MƏKTƏB, YOXA ÇIXAN 100 MİN MANAT (VİDEO)

İCRA BAŞÇISINDAN ŞƏHİD ADINA HÖRMƏTSİZLİK - BAXIMSIZ ORTA MƏKTƏB, YOXA ÇIXAN 100 MİN MANAT (VİDEO)
31-05-2020, 18:32

Xəbər verdiyimiz kimi, bəzi rayonlarda rəhbərlik tərəfindən şəhid ailələrinə qarşı sərgilənən qeyri-həssas, hətta təhqiramiz münasibət artıq ənənəyə çevirilib.

Kainat.tv bildirir ki, Ziya Mahmudov baxımsız qalan Tərtərin rayon Xoruzlu kənd məktəbi ilə bağlı video paylaşıb.

O, bildirib ki, bu gün rayon rəhbərliyinin fəaliyyətindən narazılıqların əks olunduğu çox sayda şikayətlər var. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun rayonda yol verdiyi əsas qanun pozuntularından biri kimi "abadlıq və quruculuq” işləri ilə bağlı həyata keçirdiyi maxinasiyalardır.

Vurğulanıb ki, Xoruzlu kənd orta məktəb şəhid adını daşımasına baxmayaraq çox bərbad haldadır. Qapısı, pəncərəsi olmayan orta məktəb bilərəkdən bu vəziyyətə gətirilib. İndi də baxımsız qalaraq xarabalığı xatırladır. Rayonda bütün vəzifələri pulla satan M.Məmmədov şəhid adına olan məktəbə də qazanc gözü ilə baxır. Təbii ki, bütün bu işlər zamanı dövlət büdcəsindən rayona ayrılmış pullar xərclənir və bu pulların da böyük bir hissəsi elə rayon rəhbərliyinin xeyir-duası ilə mənimsənilir.

Qeyd edək ki, Tərtərin Xoruzlu kəndində şəhid adına olan tam orta məktəbin təmir və yenilənməsi üçün 100 min manatın ayrıldığı və heç bir iş görülmədən pulun yoxa çıxması da video müəllifi tərəfindən açıq şəkildə deyilir.

Ətraflı videoda:

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.