Sabirabad rayon icra başçısından şəhidə hörmətsizlik - Şəhidin atası danışdı
"Şəhid Murad Mirzəyevin Bakıda və ya yaşadığı rayonda adına məktəbin, küçənin veriləcəyi deyilsə də, bu, baş tutmayıb”.
Bunu aprel hadisələrində qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyevin atası Telman Mirzəyev deyib.
T. Mirzəyevin sözlərinə görə, Muradın ailəsi onun xatirəsinin əbədiləşdirilməsini gözləyir: "Düzdü, şəhidin ailəsinə və övladlarına dövlətin diqqəti qaydasındadır. Uşaqları Heydər Əliyev adına liseydə təhsil alırlar və dərsləri ilə məşğuldurlar. Onun doğulub, boya-baş çatdığı Sabirabad rayonunda hər hansı bir küçəyə və ya məktəbə Muradın adının verilməsi, büstünün qoyulması kimi məsələlər gecikir. Sabirabad rayon İcra başçısı ilə məsləhətləşdik ki, rayonda bir küçəyə, məktəbə və texnikuma şəhidin adı verilsin. Lakin hələ də bunlar reallaşmayıb. Hər gün gedib soruşmayacam ki, nə oldu, necə oldu? Hər halda qərarlaşdırıb, nə isə etmək onların özlərinə aid məsələdir”.
Şəhid atası deyir ki, martın 31-i, Murad Mirzəyevin ad günü ilə əlaqədar müəyyən tədbirlərin görüləcəyinə ümid edir: "Sabirabad rayonunda rayon Hərbi Komissarlığı tərəfindən komissarlıqda Murad haqqında məlumatların əks olunduğu böyük lövhə düzəldilib. Şəhidimizin xatirəsinin əbədiləşdirilməsi üçün bu çox təqdirəlayiq addım oldu. Buna görə Sabirabad Hərbi Komissarlığına təşəkkür ünvanlayıram. Amma İcra başçısı və onun müavinləri ilə qeyd etdiyim işlər üçün əlaqə yaratmaq lazımdır”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?