SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Lənkəranda etiraz edən tibb işçiləri təhqir olundu - VİDEO

Lənkəranda etiraz edən tibb işçiləri təhqir olundu - VİDEO

Tarix:

15-05-2020, 14:32

/ 1 862 dəfə oxundu.
Lənkəranda etiraz edən tibb işçiləri təhqir olundu - VİDEO

Lənkəranda koronavirusla mübarizədə işləyən tibb işçiləri onlara 3 aya görə cəmi 190 manat əlavə verilməsinə etiraz ediblər.

AFN-ə bununla bağlı məlumat verən mənbə bildirib ki, Lənkəran Mərkəzi Xəstəxanasının baş həkiminin müavini etiraz edən tibb işçilərini təhqir edərək qovub.
Qeyd edək ki, hadisənin görüntüləri də var. Videodan aydın olur ki, tibb işçiləri xəstəxananın qarşısında toplaşaraq haqlarını istəyirlər. Lakin baş həkimin müavini Taleh Məmmədov onlarla əsəbi tonda danışaraq getmələrini tələb edib. Aksiya iştirakçıları bu məsələdə rayon icra başçısının da təsiri olduğunu deyiblər. Məlumata görə, aksiya iştirakçıları Lənkərandakı "Spring" hoteldə karantində olan insanlara tibbi qulluq göstərən tibb işçiləri olub.
Lənkəran Mərkəzi Xəstəxanasına etdiyimiz zənglər cavabsız qaldı. TƏBİB mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva isə AFN-ə açıqlamasında məsələdən xəbərdar olduqlarını, hazırda araşdırma getdiyini bildirdi.

Şərhlər

XƏBƏR LENTİ