Tanınmış həkimdən səhiyyə qurumlarına etiraz: - “Niyə işçilərinə dəyər vermirlər?”
Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə davam edir. “Korona” ilə savaşda “ön cəbhə”də həkimlər dayanıb. Artıq bu günə qədər onlarla tibb işçisi koronavirusdan vəfat edib.
Tanınmış həkim Aydın Əliyev Cebhe.info-ya açıqlamasında COVID-19-la mübarizədə “ön cəbhə”də olan tibb işçilərinə diqqət və qayğının artırılmasnı vacib sayıb:
“Pandemiya ilə mübarizədə dünyasını dəyişən tibb işçiləri bu qədərmi hörmətsiz oldu? Onların ailələrinə heç olmasa bir A4 kağızda məktub da göndərmək olmazdımı ki, sizin həyat yoldaşınız, övladınız, atanız, ananız pandemiya ilə mübarizədə fədakarlıq göstərib, həyatını itirib. Hərbi qulluqçular şəhid olarkən onlar son mənzilə komandirlərin iştirakı ilə yola salınır, onlara şəhid statusu verilir. Ordumuzu gücləndirən və motivasiya edən səbəblərdən biri də belə gözəl ənənələrdir! Çox təəssüf ki, pandemiya ilə mübarizədə həyatını itirən tibb işçilərinə qarşı oxşar münasibət göstərilmir!”
Aydın Əliyev aiddiyyati qurumları laqeydlikdə suçlandırıb:
“Səhiyyəni idarə edən qurumlar niyə işçilərinə dəyər vermir? Hökumətin koronavirusla mübarizəyə ayırdığı vəsaitdən həyatını itirən tibb işçilərinin ailələrinə niyə kompensasiya verilmir?”

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...