SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Aprel döyüşçüsündən icra başçısına SƏRT SUALLAR - "O zaman necə cavab verəcəksiniz?"

Aprel döyüşçüsündən icra başçısına SƏRT SUALLAR - "O zaman necə cavab verəcəksiniz?"

Tarix:

13-05-2020, 18:28

/ 1 290 dəfə oxundu.
Aprel döyüşçüsündən icra başçısına SƏRT SUALLAR - "O zaman necə cavab verəcəksiniz?"

"Göygöl rayon İH açıqlama verib ki, bəs cənab Prezidentin korrupsiyaya qarşı apardığı mübarizəni dəstəkləyirik. Arif Seyidov, sən və idarə etdiyin aparat bu yazdıqlarınızda səmimi deyilsiniz. Arif Seyidov, sən bilərəkdən ölkə Prezidentinə yanlış məlumat verirsən. Arif Seyidov, necə korrupsiyaya qarşı mübarizəni dəstəkləyirsən ki, bu mübarizəyə heç bir töhfən yoxdur..." DİA.AZ bildirir ki, bu sözlər Aprel döyüşlərinin iştirakçısı, ehtiyatda olan baş leytenant, AVMVİB-nin üzvü, hazırda müəllim işləyən, rayonun Üçtəpə kənd sakini Məmmədov Şahin tərəfindən ünvanlanan müraciətdə yer alıb.

Daha sonra müraciət müəllifi yazır: "Əksinə bu 14 illik fəaliyyətin dövründə içərisində qohumların da olan rayonun vəzifəli şəxsləri rüşvətxorluq etdiklərinə görə həbs ediliblər. İşdən azad ediliblər.
İndi ölkə ictimaiyyəti düşüb Əbülfəs Qarayevin üzərinə ki, necə olur müavinin rüşvət alır xəbərin olmur? Eyni sualları sənə də ünvanlasalar ki, necə olur idarə etdiyin rayonda korrupsiya tüğyan edir sənin xəbərin yoxdur? O zaman necə cavab verəcəksiniz?
Ölkə Prezidentinə yerlərdə kömək etməli olan şəxs sizlərsiniz. Lakin sizə dəfələrlə müraciət etməyimə baxmayaraq 2014-cü il Göygöl rayon Mədəniyyət və Turizm şöbəsində olan korrupsiya hallarını araşdırmaq istəmirsiniz. Sual olunur niyə? Yoxsa həmin işin ucu gəlib sizə çatır? Nə üçün də nə üçün araşdırmırsınız?
Arif Seyidov əgər ölkə Prezidentinin korrupsiyaya qarşı mübarizəsini gerçəkdən də dəstəkləyirsənsə, o zaman sən də onun kimi davran. Öz rəhbərlik etdiyin rayonun mədəniyyət şöbəsini yoxlatdır. Ölkə Prezidenti də hazırda mədəniyyət nazirliyini yoxlatdırır. Əgər bunu edə bilsən, o zaman yazdır ki, bəs Prezidentin korrupsiyaya qarşı mübarizəsini dəstəkləyirəm.
İndiki halda dediyiniz sözlər, pafos xətrinə deyilmiş sözlərdir. Gerçək deyil".

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

***

Az əvvəl Göygöl rayon Üçtəpə kənd sakini, Aprel döyüşçüsü Məmmədov Şahin Şakir oğlunun müraciətini təqdim etmişdik. Həmin müraciətə sözügedən rayon İcra Hakimiyyətindən cavab reaksiyası gəlib. Rih-dən bildirilir:

"Göygöl rayon Üçtəpə kənd sakini Məmmədov Şahin Şakir oğlunun saytınızda dərc olunan müraciəti ilə bağlı aşağıdakıları bildiririk:

Üçtəpə kənd sakini Şahin Məmmədov ilk dəfə Göygöl Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək həyətyanı torpaq sahəsi ilə təmin olunmasını xahiş etmişdir. Müraciət daxil olduqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada müraciət müəllifinin iştirakı təmin olunmaqla aidiyyəti nümayəndələr tərəfindən müraciət yerində araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Ş.Məmmədov və ailə üzvləri əvvəlki illərdə torpaq sahəsi ilə təmin edilmişlər və oda məlum olmuşdur ki, mülkiyyətlərində olan torpaq sahələri alqı-satqı predmetinə çevirilərək qazanc mənbəyi məqsədi ilə ayrı-ayrı vətəndaşlara satılmışdır. Onu da bildiririk ki, həmin dövrdə Ş.Məmmədovun əmisi Zakir Məmmədov Üçtəpə bələdiyyəsinin sədri vəzifəsində çalışmışdır. Ş.Məmmədova müraciəti ilə bağlı rəsmi cavab göndərilmişdir.

Ş.Məmmədov müraciətin araşdırılmasın da iştirak edən nümayəndələrə yeni bir tələb irəli sürərək əvvəllər işlədiyi Göygöl rayon Mədəniyyət və Turizmi şöbəsinin məsləhətçisi vəzifəsinə bərpa edilməsini tələb etmişdir. Ş.Məmmədovun qaldırdığı məsələ araşdırılarkən məlum olmuşdur ki, Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinin 18.07.2014-cü il tarixli, 68 saylı əmri ilə əmək funksiyalarını yerinə yetirmədiyinə, əmək və icra intizamına riayət etmədiyinə, etik davranış qaydalarının kobudcasına pozulmasına yol verdiyinə, Azərbaycan Respublikasının Prezidentinə və müxtəlif dövlət orqanlarına böhtan xarakterli ərizələr yazdığına, öz hərəkətləri ilə Mədəniyyət və Turizm Nazirliyinin və Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinin nüfuzuna mənfi təsir göstərdiyinə görə “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.6-cı bəndinə əsasən Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinin məsləhətçisi vəzifəsinnən azad edilmişdir.

Ş.Məmmədova qanunvericiliyin tələbləri izah olunaraq nəzərinə çatdırılmışdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsinə uyğun olaraq işdən kənar edilməsini işəgötürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi pozulmuş hüquqlarının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər.

Odur ki, Ş.Məmmədova qaldırdığı məsələnin İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmadığı və aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir.

Sonradan Ş.Məmmədov yenidən Rayon İcra Hakimiyyətinə müraciət edərək tikdirdiyi evin dam örtüyünün İcra Hakimiyyəti tərəfindən quraşdırlmasını tələb etmiş və Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi evlərin təmiri və tikintisi üçün vəsait nəzərdə tutulmadığı üçün tələbin edilməsi mümkün olmadığı onun nəzərinə çatdırılmışdır.

Yuxarıda qeyd olunanlardan görünür ki, Ş.Məmmədovun İcra Hakimiyyətinə qarşı tələbləri əsassızdır və o da məlum olur ki, haqsız tələbinin təmin olunmasına nail olmaq üçün müxtəlif orqanlara böhtan xarakterli müraciətlər edir".

Şərhlər

XƏBƏR LENTİ