XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Göygöl rayonundakı vəziyyət, İmişli rayonundan fərqli deyil..." - GİLEY

Göygöl rayonundakı vəziyyət, İmişli rayonundan fərqli deyil..." - GİLEY

Göygöl rayonundakı vəziyyət, İmişli rayonundan fərqli deyil..." - GİLEY
11-05-2020, 11:32

"Arif Seyidov Vilyamın yolu ilə gedir". DİA.AZ bildirir ki, bu sözlər Göygöl rayon sakininin Prezidentə ünvanladığı müraciətində yer alıb. Bir nüsxəsi də DİA.AZ-a göndərilən müraciətdə qeyd olunur:

"Hörmətli cənab Prezident! Mən Məmmədov Şahin Şakir oğluyam, 2016-cı il aprel döyüşlərinin iştirakçısıyam. Və həmin döyüşlərdə iştirakına görə Fəxri Fərmanla təltif edilmişəm. Göygöl rayonunun Üçtəpə kəndində yaşayıram. Ali təhsilliyəm. Müəllim işləyirəm. 2003-cü ildən YAP üzvüyəm. Ehtiyyatda olan zabitəm.
Göygöl rayonunda olan acınacaqlı duruma dözə bilmirəm. İnanın ki, Göygöl rayonundakı vəziyyət, İmişli rayonundan fərqli deyil. Arif Seyidov Vilyam Hacıyevin təkcə yerlisi yox, həm də yaxın dostudur.
Göygölün başçısı özünün mal-qara fermasını qardaşı Maarif vasitəsilə saxlayır. Təbii olaraq bu işi kasıb insanların torpağını zəbt edərək edir. Özünə qismət.
Göygöl xəstəxanasının qarşısında olan aptek Arif Seyidovundur. Göygöl xəstəxanasının öz aptekində "yoxa çıxan" dərmanlar həmin aptekdə tapılır.
Göygöl xəstəxanasının qarşısında olan "Məkan" çay evi və "Elit" çay evi Arif Seyidovundur. Ümumiyyətlə Göygöl rayonunda Arif Seyidovun olmayan heç bir obyekt yoxdur. Ola da bilməz.
Cənab Prezident 2014-cü ildə Arif Seyidovun qəbuluna getdim ki, bəs mədəniyyət şöbəsində korrupsiya halları var. Məni dinləmək əvəzinə, məni işdən azad etdilər. İllər sonra 2019-cu ildə mən dediklərim sübut olundu və Göygöl mədəniyyətinin müdiri işindən qovuldu. Ancaq Arif Seyidov mənə siz haqlı idiniz demədi. Üzürxaqlıq etmədi. Edəsi də deyil. Çünki onun belə "xırda" işlərlə məşğul olacaq vaxtı yoxdur.
Arif Seyidovun nəzarətsizliyi ucbatından, rayonun məşğulluğunda, sosial müdafiə, rabitə və təhsilində vəziyyət acınacaqlıdır.
Arif Seyidovun başı öz şəxsi biznesini idarə etməyə qarışıb. Göygöl rayonunun idarə edilməsi onun vecinə də deyil. Bir sözlə Arif Seyidov Göygöl rayonunu idarə edə bilmir. Göygöl rayonu Allah ümidinə yaşayır".
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.