SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Göygöldə icra başçısının adamı meydan sulayır... - ŞİKAYƏT

Göygöldə icra başçısının adamı meydan sulayır... - ŞİKAYƏT

Tarix:

22-05-2018, 11:10

/ 1 967 dəfə oxundu.
Göygöldə icra başçısının adamı meydan sulayır... - ŞİKAYƏT

Göygöl sakini redaksiyamız basitəsilə rayonun icra hakimiyyətinin başçısı Arif Seydiova müraciət edib. Bir nüsxəsi də xalqxeber.az-a daxil olan müraciətdə deyilir:

"Mərhəmətli və qüdrətli hökmdar Arif Seyidova müraciət.
Mən Allahverdiyeva Laçın Əsəd qızı, Göygöl rayon Üçtəpə kəndində anadan olmuşam. 20 ildir əkib becərdiyim torpaq sahəmi Arif Seyidovun Üçtəpə kəndində at oynadan adamı Rza Məmmədov əlimdən almaq üçün min cür hoqqalardan çıxır.
Bu məmurunuz ağlını "7 şirvandan" torpaqlarını əlindən aldığı, çarəsiz haqqını-hüququnu bilməyən Üçtəpə sakinlərinə verib. Rza Məmmədov gözün doysun, kəndin yarısı sənin mülkiyyətindədir. Sən bələdiyyəsən, KƏNDXUDA deyilsən. Kəndin BƏYİ deyilsən.
Cənab Başçı, əgər Üçtəpə bələdiyyəsinin sədri, məndən istədiyi sovqatı Sizə verəcəksə deyin bilim işimi? Yox əgər elə deyilsə bu işi həll edin.
Qüdrətli hökmdarımız Arıf Seyidov, Siz necə qüdrət sahibisiniz ki, Üçtəpə bələdiyyəsi Rza Məmmədov Sizi eşitmir? Yox əgər Rza Məmmədov Sizin göstərişinizlə mən biçarəni əzirsə deyin işimi bilim? Cənab başçı, Siz axı təkcə Rza Məmmədovun yox, həmdə bütün Göygöllülərin başçısısınız, həmçinin də mənim.
Cənab Başcı bu rayon Sizin və Üçtəpədəki canişininiz Rza Məmmədovun deyil axı. Sizin qəbulunuzda dəfələrlə olmuşam, hər dəfə də bu məsələni həll edəcəyinizi bildiribsiniz, ancaq heç bir əməli tədbir görməyibsiniz.
21 May 2018-ci ildə vətəndaşların qulluqçusu olmalı olan Rza Məmmədovunuz məni əmiranə formada yanına çağırıb təhdid edir, qorxudur.
Qüdrətli Arif Seyidov Üçtəpədəki vassalınız olan Rza Məmmədova deyin ki, Göygöl rayonundakı dərəbəyliyə baxmasın, bu ölkə dərəbəylik deyil. Bu ölkədə qanunlar işləyir.
Rayonumuzun başçısısınız əgər Rza Məmmədovun etdiklərindən xəbərsizsinizsə, indi xəbərdar olun, bu bələdiyyə sədri mənim torpağımın SAĞINI, SOLUNU, ARXASINI, ÖNÜNÜ sənədləşdirib.
Əgər bu işdən bixəbərsinizsə indi bildiniz, Üçtəpə kəndinə oturduğunuz otaqdan 5 km məsafə var, çoxdandır gəlmirsiniz kəndimizə, gəlin baxın. Gəlməsəniz və ya nümayəndə göndərməsəniz, əmin olacağam ki Rza Məmmədov etdiyi hərəkətlərdə Sizdən cəsarət alır".

Şəxsiyyət vəsiqəmin nömrəsi AZE 04546499
Verilmə tarixi 02.02.2006
Vəsiqəni verən orqan XANLAR RPŞ
Döğulduğum yer; Xanlar rayon Üçtəpə kəndi
Mənim telefon nomrem 055 589 76 81 həyat yoldasim Maksim
Üçtəpə bələdiyyəsi Rza Məmmədovun nömrəsi 050 222 90 55

Bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

Şərhlər

XƏBƏR LENTİ