XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Zərdabda da YARDIMLAR MƏNİMSƏNİLİR... - Yəqin yoldaş Camalov xəbərsizdir...

Zərdabda da YARDIMLAR MƏNİMSƏNİLİR... - Yəqin yoldaş Camalov xəbərsizdir...

Zərdabda da YARDIMLAR MƏNİMSƏNİLİR... - Yəqin yoldaş Camalov xəbərsizdir...
5-05-2020, 12:09

Koronovirus (COVİD-19) infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və onun neqativ təsirlərinin aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə geniş miqyaslı kompleks siyasi, iqtisadi və sosial tədbirlər həyata keçirilir.

“Xəbəral.az” xəbər verir ki, sosial şəbəkədə yayılan məlumata görə, Zərdab rayon icra hakimiyyəti aparatının ərazi idarəetmə şöbəsinin müdiri Ramiz Məmmədov aztəminatlı ailələr üçün dövlət tərəfindən ayrılmış ərzaq sovqatlarını mənimsədiyi üzə çıxıb. Dövlət tərəfindən aztəminatlı ailələr üçün ayrılan ərzaqları Çallı kəndində Ramiz Məmmədovun göstərişi ilə imkanlı qohumlarına paylanıb.

Dövlətin bu sahədə apardığı işlərə kölgə sala biləcək qanunsuz hərəkətlərə qarşı da ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.

Qeyd edək ki, aztəminatlı ailələr üçün dövlət tərəfindən ayrılmış ərzaq sovqatlarının mənimsənilməsi faktları hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin və həmin şəxslərin qanuni mənafelərini pozmuş olduqları vətəndaşların dairəsinin tam müəyyənləşdirilməsi istiqamətində zəruri
istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Zərdabda da YARDIMLAR MƏNİMSƏNİLİR... - Yəqin yoldaş Camalov xəbərsizdir...

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.