Füzuli RİH-nin başçısı 1,3,4 Qayıdış qəsəbələrində aztəminatlı ailələrə ərzaq yardımı edib
Füzuli rayonunda Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, koronavirus (COVID -19) infeksiyasının geniş yayılmasının qarşısının alınması, xüsusi karantin rejiminin tələblərinə ciddi əməl olunması məqsədilə qabaqlayıcı tədbirlər həyata keçirilir, maarifləndirmə işləri aparılır.
Rayon İcra Hakimiyyəti tərəfindən rayonun müxtəlif yaşayış məntəqələrində tənha yaşayan, yaşı 65-dən yuxarı olan vətəndaşların siyahısı hazırlanıb, onlara vaxtaşırı olaraq ərzaq yardımı verilir və digər köməklik göstərilir. Həftə sonu Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev 1,3,4 Qayıdış qəsəbələrində olmuş, həmin yaşayış məntəqələrində yaşayan yaşı 65-dən yuxarı olan şəxslərə, o cümlədən imtiyazlı və aztəminatlı ailələrə baş çəkərək onlara ərzaq bağlamaları və tibbi ləvazimatlar çatdırıb.
Bu nəcib təşəbbüsü xüsusi razılıq hissi ilə qarşılayan ahıl vətəndaşlar və imtiyazlı ailələr onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prerzidentinə və Birinci Vitse-prezidentə minnətdarlıqlarını bildiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev qəsəbələrdə xüsusi karantin rejiminin tələblərinə riayət olunmasının monitorinqini də aparmış, insanlara karantin rejiminin tələblərinə ciddi riayət etmələrini, özlərinin və ailələrinin sağlamlığı üçün milli həmrəylik nümayiş etdirərək evda qalmalarını tövsiyyə emişdir.
Koronovirus epidemiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə Rayon İcra Hakimiyyətinin, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin, bələdiyyələrin əməkdaşlarından, yerli könüllülərdən və ictimaiyyət fəallarından təşkil olunan mobil qrupların fəaliyyəti daha da gücləndirilib.
Rayonun bütün yaşayış məntəqələrində koronovirus infeksiyasına qarşı mütəmadi dizenfeksiya işləri aparılır, virusdan müdafiə olunmaq qaydalarını özündə əks etdirən xüsusi elanlar ailələrə çatdırılır, xüsusi səs gücləndiricilər vasitəsilə insanlara zərurət olmadıqca çölə çıxmamaları, şəxsi gigiyena qaydalarına ciddi riayət etmələri və evda qalmaları izah edilir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...