XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Füzuli RİH-nin başçısı aztəminatlı ailələrə ərzaq yardımı davam edir

Füzuli RİH-nin başçısı aztəminatlı ailələrə ərzaq yardımı davam edir

Füzuli RİH-nin başçısı aztəminatlı ailələrə ərzaq yardımı davam edir
14-04-2020, 10:15

Füzuli rayonunda Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, koronavirus (COVID -19) infeksiyasının geniş yayılmasının qarşısının alınması, xüsusi karantin rejiminin tələblərinə ciddi əməl olunması məqsədilə qabaqlayıcı tədbirlər həyata keçirilir, maarifləndirmə işləri aparılır.
Rayon İcra Hakimiyyəti tərəfindən rayonun müxtəlif yaşayış məntəqələrində tənha yaşayan, yaşı 65-dən yuxarı olan vətəndaşların siyahısı hazırlanıb, onlara vaxtaşırı olaraq ərzaq yardımı verilir və digər köməklik göstərilir. Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və rayonun hüquq mühafizə orqanlarının rəhbərləri Qayıdış qəsəbələrində (6,7,8,9,10,11) olmuş, həmin yaşayış məntəqələrində yaşayan yaşı 65-dən yuxarı olan şəxslərə, o cümlədən imtiyazlı və aztəminatlı ailələrə baş çəkərək onlara ərzaq bağlamaları və tibbi ləvazimatlar çatdırmışlar.
Bu nəcib təşəbbüsü xüsusi razılıq hissi ilə qarşılayan ahıl vətəndaşlar və imtiyazlı ailələr onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prerzidentinə və Birinci Vitse-prezidentə minnətdarlıqlarını bildiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri ilə birgə qəsəbələrdə xüsusi karantin rejiminin tələblərinə riayət olunmasının monitorinqini də aparmış, insanlara karantin rejiminin tələblərinə ciddi riayət etmələrini, özlərinin və ailələrinin sağlamlığı üçün milli həmrəylik nümayiş etdirərək evdə qalmalarını tövsiyyə etmişdir.
Koronovirus epidemiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə Rayon İcra Hakimiyyətinin, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin, bələdiyyələrin əməkdaşlarından, yerli könüllülərdən və ictimaiyyət fəallarından təşkil olunan mobil qrupların fəaliyyəti daha da gücləndirilib.
Rayonun bütün yaşayış məntəqələrində koronovirus infeksiyasına qarşı mütəmadi dizenfeksiya işləri aparılır, virusdan müdafiə olunmaq qaydalarını özündə əks etdirən xüsusi elanlar ailələrə çatdırılır, xüsusi səs gücləndiricilər vasitəsilə insanlara zərurət olmadıqca çölə çıxmamaları, şəxsi gigiyena qaydalarına ciddi riayət etmələri və evda qalmaları izah edilir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.