XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Mal bazarından icra hakimiyyətinə gedən YOL - Saxta diplomlu məmur qardaşının icra başçı ilə VƏZİFƏ BAZARLIĞI

Mal bazarından icra hakimiyyətinə gedən YOL - Saxta diplomlu məmur qardaşının icra başçı ilə VƏZİFƏ BAZARLIĞI

Mal bazarından icra hakimiyyətinə gedən YOL - Saxta diplomlu məmur qardaşının icra başçı ilə VƏZİFƏ BAZARLIĞI
5-05-2020, 12:06

Qəhraman Qəhramanovun icra başçısına “jest” edərək Beyləqandakı evini icra başçısına “peşkəş” etdiyi, beləliklə də başçısının yanında “nüfuz” qazanması haqqda müvəssəl bilgilər əks olunub. Belə olan halda ortaya sual doğur! Əcaba, Beyləqanda icra başçısının qalacağı başqa ev yox idimi? Əlbəttə, var! Bəs onda niyə icra başçısı Qəhraman Qəhramanovun evində qalmağa üstünlük verib? Bu haqda növbəti yazımızda yazacağıq. Bu gün yazacağımız yazı Qəhraman Qəhrəmanovun qardaşı, Eyvazalılar kənd ərazi nümayəndəsinin müavini işləyən Şahin Qəhrəmanovdandır.

İxa.az bildirir ki, mənbənin iddiasına görə, Qəhraman Qəhramanov icra başçısına yaxınlığın münaibətindən istifadə edərək qardaşı Şahin Qəhrəmanov Eyvazalılar kənd ərazi icra nümayəndəsinin müavini təyin etdirib.

İddiaya görə, Şahin Qəhrəmanov ali təhsili yoxdur. Ortaya çıxartdığı diplomda saxtadır. Bunu da Şahinin qardaşı Q.Qəhramanov yaxşı bilir.

Qəhrəman Qəhrəmanov mal bazarının müdiridir. Daha dəqiq desək, mal bazarını oğlu Fərid Qəhrəmanovun adına sənədləşdirib. Əli cibində hər həftə 4-5 min manat pul qazanır. Əlbəttəki həmin qazancan Qəhrəmanov bir qisim götürərək icra başçısını da ayda bir dəfə görməyə gedir.. Ona görə də başçı onların bir çox qanunsuz əməllərinə, eləcə də Şahinin saxta diplomla ərazi icra nümayəndəsində işləməsinə göz yumub. Deyilənlərə görə, belə yaxınlıqdan doğan münasibət sayəsində icra başçısı ərazi nüməyəndəsinin karantin dövründə elədiklərinə nəinki göz yumur həttda onu müdafiə etməsi yolunda əlindən gələni əsirgəmir. Belə olmasaydı ali təhsilsiz adama hansı səbəbdən Eyvazlılar kənd sakinlərinin əqibətini ona etibar etməzdi...

Qeyd edək ki, Şahin Qəhrəmanovun diplomunun saxta olması ilə bağlı redaksiyamıza daxil olmuş məlumatları dəqiqləşdirmək üçün Beyləqan rayon İcra Hakimiyyətinin Ərazi İdarəetməşöbəsinin müdiri İlqar Quliyevlə əlaqə saxlayıb münasibət öyrənmək istəsək də, lakin ondan konkret cavab ala bilmədik.

Qarşı tərəfində mövqeyini dinləməyə hazırıq

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.