SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Asif Ağayevin «Qəhraman»ı – hər kəs onu axtarır

Asif Ağayevin «Qəhraman»ı – hər kəs onu axtarır

Tarix:

30-03-2020, 10:41

/ 1 100 dəfə oxundu.
Asif Ağayevin «Qəhraman»ı – hər kəs onu axtarır

9 fevral 2020-ci il tarixində ölkədə növbədən kənar keçirilən parlament seçkilərində 81 saylı Beyləqan seçki dairəsindən namizədliyi təsdiq olunumş rayon sakini Məmmədov Sadiq Kəmaləddin oğlu həmyerlisi, Beyləqanda daha çox iş adamı(artıq bu günlərdə adı dələdüz iş adamı kimi çəkilir) kimi tanınan, mal bazarının müdiri və “Vaqif” firmasının(qeyd edək ki, Prezident İlham Əliyevin sərancamı ilə Beyləqan rayonunun abadlıq, quruculuğuna 1 miyon manat vəsait ayrılıb. Həmin işi, yəni rayon mərkəzinin abadlaşdırılması prosesini “Vadif” firması – Qəhraman Qəhramanov öz üzərinə götürüb. Məlumatlarda qeyd olunur ki, Qəhraman Qəhramanov 1 milyon manat dövlət vəsaitini bir ayda da mənimsəyib. Gördüyü işlərsə ala, yarımçıq qalıb) Qəhramanov tərəfindən aldadılıb. reportyor.tv Belə desək, Qəhraman Qəhramanov verdiyi sözünə xilafçıxıb, namərdlik edib. İndi Sadiq Məmmədov onun axtarışına çıxıb. İcra hakimiyyətindəki etibarlı mənbəmiz deputatlığa namizəd olan Sadiq Məmmədovun “iş adamı” Qəhrəman Qəhrəmanovu niyə axtarmasının əsl səbəbini bizə danışıb. Sən demə, Q. Qəhramanov icra başçısının adından Sadiq Məmmədova namizədliyini geri götürməsini və bunun müqabilində icra başçısı ona vəzifə verəcəyini “söz” verib. Qəhraman Qəhramanov icra başçısının adından Sadiq Məmmədova namizədliyini geri çəkməsi qarşılığında Beyləqan şəhər ərazi icra nümayəndəliyinin müavini postunu gətiriləcəyi vədini verib. Vəzifəyə və Qəhraman Qəhramanovun yağlı vədinə inanan “namizəd” deputatlıq iddiasından əl çəkərək, namizədliyini geri götürüb. Seçkilərdən 2 ay vaxt keçməsinə baxmayaraq Sadiq Məmmədova verilən vəd yerinə yetirilməyib. Hətta Sabiq Məmmədov dəfələrlə Qəhrəman Qəhrəmanova zəng edərək “haqqını” tələb etsə də, lakin Qəhraman Qəhramanov bu haqqı o, elə namizədliyini geri götürərkən itirdiyini deyib telefonunu bir yolluq söndürüb. Və hələ də onun telefonuna zənglər çatmır. İndi Sadiq Məmmədov həm başına, həm də dizinə döyə -döyə qalıb.
Reportyor.tv

Şərhlər

XƏBƏR LENTİ