SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Lerikin icra başçısı rayondan çıxıb bir daha geri qayıtmayıb- ŞOK

Lerikin icra başçısı rayondan çıxıb bir daha geri qayıtmayıb- ŞOK

Tarix:

14-04-2020, 10:23

/ 2 121 dəfə oxundu.
Lerikin icra başçısı rayondan çıxıb bir daha geri qayıtmayıb- ŞOK

Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov ölkədə karantin elan olunmazdan əvvəl rayonu tərk edib.

Bu barədə dosye.org-a rayon sakinləri məlumat verib. Belə ki, icra başçısı karantindən beş gün əvvəl məlum olmayan istiqamətə gedərək bir daha geri qayıtmayıb. Əslində, Lerik sakinləri Rövşən Bağırovun gedişindən olduqca məmnundur. Onlar ümüd edirlər ki, heç bir işə yaramayan hazırkı icra başçısı tezliklə vəzifədən uzaqlaşdırılacaq. Maraqlı məqam ondan ibarətdir ki, rayon rəhbərliyi saymazyana rayonu tərk edib və bütün səlahiyyətləri birinci müavinə həvalə edib.

Məlumatda daha sonra vurğulanır ki, rayon sakinlərinin dərdinə şərik olmayan R. Bağırovun yoxluğu sanki leriklilər üçün toy-bayramdır. Haqqında mətbuatda kifayət qədər tənqidi məqalə yayaımlanan icra başçısının neqativ əməlləri kifayət qədərdir. Bir sözlə, leriklilərin tək problemi məhz icra başçısıdır.

Şərhlər

XƏBƏR LENTİ