SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ən geridə qalmış rayonumuz: Lerik... - Buludlar da yerə enir, amma icra başçısı tərpənmir...

Ən geridə qalmış rayonumuz: Lerik... - Buludlar da yerə enir, amma icra başçısı tərpənmir...

Tarix:

6-08-2018, 16:51

/ 1 678 dəfə oxundu.
Ən geridə qalmış rayonumuz: Lerik... - Buludlar da yerə enir, amma icra başçısı tərpənmir...

Lerik Azərbaycanın ən səfalı bölgələrindən biridir. Bu faktdır və bu fakt Uca Tanrının Azərbaycan xalqına lütfüdür. Yəni bu gün Lerikin gözəl təbiəti Tanrının Azərbaycan xalqına bəxş etdiklərindəndir. Amma nə yazıq ki, bizlər bu neməti gərəyincə dəyərləndirə bilmirik.

DİA.AZ bildirir ki, əslində Lerik rayonu ölkəmizin turizmin inkişafı baxımından ən uğurlu ünvanlarından biri ola bilər. Lakin rayondakı mövcud ab-hava bütün bu imkanların, şəraitin əldən verilməsinə gətirib çıxarır. Daha doğrusu, yerli idarəşilik, rayon rəhbərliyinin səriştəsizliyi Leriki nəinki turzim üçün, hətta leriklilər üçün dözülməz edir. Elə bunun nəticəsidir ki, bu gün Lerik sakinləri davamlı olaraq icra başçısı Rövşən Bağırovdan və onun yaratdığı şəraitdən, daha doğrusu, şəraitsizlikdən giley edirlər. Elə mətbuatda Lerikin 3 kəndinin Rövşən Bağırovun vəzifəsindən alınması üçün dövlət başçısına müraciət etməsi də təsadüfi deyil...

Bunu elə biz də öz gözlərimizlə gördük. Rayonun girişində deputat İqbal Məmmədova məxsus olduğu deyilən məlum məşhur otel kompleksi xaric Lerikdə tursti cəlb edəcək nəyəsə rast gələ bilməzsən. Yerdə qalan nə varsa, ya Ana təbiətin möcücəzisidir, ya da lerik camaatının özünün yaratdıqları... İcra başçısı olan Rövşən Bağırov isə deyəsən, Lerikdə bizim kimi - yoldan keçəndə - az-az, təsadüfən olduğundandır, ya hansısa başqa bir səbəbdən buralar adamın gözünə baxımsız bir ünvanı xatırladır.

Kənd məktəbləri acınacaqlı durumda, rayon mərkəzi bərbad halda... İcra hakimiyyətinin yerləşdiyi ünvanlar xaric, digər mərkəzi yerlər nəinki turstləri cəlb etməz, əksinə yerli sakinləri belə didərgin salacaq vəziyyətdədir.

Yəqin ki, bütün bunları "yuxarılar" nəzərə alacaq.

Lerik gözəl bir təbiətə malikdir. Burada sözün əsl mənasında buludlar yerə enir. Bu gözəlliyi isə pula çevirib, dövlətimizin büdcəsinə gəlir gətirməyimiz üçün bu gün Leriki idarə edənlərin - başda Rövşən Bağırovun da buludlar kimi yerə enməsi lazımdır.
Bakı-Lerik-Bakı

Redaksiyadan: Lerikdəki mənzərələr... daha geniş reportaj yaxın vaxtlarda təqdimatımızda. Bizi izləyin... //Dia.az//

Şərhlər

XƏBƏR LENTİ