SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Lənkəran məmurları: keçmiş qatil, cinayətkar oğulun "dayağı" və "humanitar diktator"

Lənkəran məmurları: keçmiş qatil, cinayətkar oğulun "dayağı" və "humanitar diktator"

Tarix:

31-03-2020, 21:45

/ 1 835 dəfə oxundu.
Lənkəran məmurları: keçmiş qatil, cinayətkar oğulun "dayağı" və "humanitar diktator"

Tv8.az-a isitnadən xəbər verir ki, 2020- bu tarix Azərbaycan üçün ictimai-siyasi baxımdan sıradan bir il olmayacaq. Qalmaqallı parlament seçkiləri, parlamentin ilk iclasında prezidentin məmurlarla mübarizəyə xalqı da səsləməsi(ictimai nəzarət) vəziyyətin heç də əvvəlki kimi olmadığını göstərir. Bunlardan qısa zaman öncə DTX-nın əməliyyatları nəticəsində bir-sıra icra başçılarının və yüksək məmurların həbsi də böyük müzakirələrə yol açır. Əlbətdə başverənləri "oyun" adlandıran, xalqın gözündən pərdə asmaq kimi dəyərləndirənlər də az deyil. Hardasa onlar da haqlıdır. Niyə də olmasınlar ki? Nəisə, çox uzatmaq istəmirəm, keçək bu gün danışacağımız rayona və oranın "qəhrəmanlarına".

Yəqin mediada Lənkəran haqqında, əsas da icra başçısı Taleh Qaraşov haqqında son günlər durmadan tənqidi yazılar və həmin yazılara eyni tərzdə verilən rəyləri də görürsünüz. Sual oluna bilər ki, bu qədər məmurların həbs olunduğu zamanda, koronavirusa görə kimlərin ölüb, kimlərin sağ qalacağı bilinməyən vaxtda bunlar niyə belə yolun azıb? Cavablar çox fərqli və fərdidir. Ona görə də icra başçısının müavinlərinin çıxardığı oyunları bir-bir analiz edərik.

İlk olaraq başlayaq, hər kəsin sevimlisi, gözəlliyi ilə hər kəsin diqqətini çəkən, amma hər idarə rəhbərinin nifrət etdiyi Rasilə Əliyevadan. Əsasən uşaq bağçası və məktəb direktorlarının qəniminə çevrilən Rasilə xanım, bir "kanal" vasitəsi ilə hər ay öz "haqını" alır. Rayonda digər müavinlərdən daha böyük nüfuza sahib olan Rasilə xanımın bu bacarığını onun bir qədər əsəbi və qəddarlığı ilə bağlayırlar. Bəzi məlumatlara görə, icra başçısı Taleh Qaraşov onu işindən atmaq haqqında düşünsə də, sonradan "arxadan zərbədən" çəkinərək, bu fikrindən daşınıb. Çünki, rayonda böyük nüfuza malik insanlarla bir-başa əlaqədə olan Rasilə Əliyeva heç də kiçik fiqur sayılmır. Elə Gənclər və İdman idarəsinin rəisi Yalçın Əhmədovdan dəfələrlə 3000 və 5000 manat alan Rəsilə xanım sonda onu qeyri-peşəkar adlandıraraq işdən qovdurmuşdu. Belə olan halda sual ortaya çıxır, uzun illər işini bacarmayan, qeyri-peşəkar olan Yalçın Əhmədovu vəzifədə saxlamaq rəhbərliyin nəyinə lazım idi? Məsələ təkcə Əhmədovla bitmir, redaksiyamıza məlumat verən digər məmurlar da elə Yalçın Əhmədov kimi sonda bir qəpiksiz qalmaqdan qorxaraq adlarının qeyd olunmasını istəmədilər, amma daha "haqq" verməkdən bezdiklərini bildirdilər. Allahın Rəsilə xanıma verdiyi bu gözəllik və bacarığını nəzərə alaraq, nəzakət xatirinə onun bu "xoş ənəllərinə" qayıdarıq. Biraz da Xalid Rəhimov haqqında...

Müavindi bu qəhrəmanımız. Maaşı da Azərbaycanda dolanacaq qədərdi. Deyilənə görə bir vaxtlar 10-20 manat "hörmətlə" dolanan Xalid müəllim, indi ölkə başçısının tapşırığı ilə açılan iş yerlərinə öz qohumlarını yerləşdirməklə nəsildə böyük nüfuz qazansa da, rayonda heç də hörmətli şəxs kimi qəbul olunmur. Deyilənə görə DTX-nın məlum əməliyyatından sonra icra başçısı Taleh Qaraşov özü şəxsən onun otağına gedərək, "kart və digər kütləvi pul yığmaq işindən əl çək" deyərək ona irad bildirib. Səbəb də onu göstərib ki, DTX başçıları maaş kartları ilə "vurur".
Rayonda daha çox tikinti, torpaq və əmlak işləri ilə özünə "çorək pulu" yığan Xalid bəyin əmlakları sırasına avtomobillər, fermalar, evlər və əkin sahələri daxildir. Təbii ki, bütün bunlar Taleh Qaraşovun sonunu gətirən amillərdəndir, baxmayaraq, Xalid bəy gəlirləri tək yeyir. Ən maraqlısı odur ki, çox hörmətli Xalid müəllim heç özü də bilmir ki, dövlət qulluğçusu necə olub. Belə ki, bir-neçə il öncə adam öldürdüyünə görə, hər kəsin nifrətini qazanan yoldaş Xalid bəy, bir də gözünü açıb özünü vəzifədə görə. Necə? Bu, tamam başqa söhbətin mövzusudur.

Növbəti qəhrəmanımız isə "köhnə məmurlardan" sayılır. Möhübbət bəy. İcra başçısının müavinidir, deyilənə görə çox rahatdı. Rayonda özünü icra başçısı kimi aparmaqla bərabər bu bacarığını oğluna da ötürüb. Yaxınlarda narkotik maddə ilə "ilişən" oğluna gözün üstə qaşın var deyən olmayıb. Qaraşovun qısqanclıqla qəbul etdiyi Möhübbət bəyin bu hadisədən sonra vurulması gözlənilsə də, o, şəxsi əlaqələrindən istifadə edərək, oğlunu rahatlıqla xilas edib, öz işinə davam edə bilmişdi. Təbii ki, onun da mülkləri və yığdıqları az deyil, ən azı bir müavinin ola biləcəklərindən az deyil.

Hələlik yazını burda bitirmək istəyirəm. Bu gün Taleh Qaraşov haqqında elə də sərt olmadım. Çünki ümid edirəm yazımdan nəticə çıxarıb, islahatlar aparacaq. Axı onu o vəzifəyə İlham Əliyev qoyub. Bir halda ki, cənab prezident islahat apararaq, bu cür yarasız məmurları cəzalandırır, o zaman Taleh Qaraşov kim olur ki, ona əks getsin?
Cənab prezident, hər zaman ictimai nəzarət haqqında tapşırıq verirsiz. Bir jurnalist olaraq, elə öz rayonumdan başladım, inşallah, koronavirusla bağlı problemlər bitsin, kameramla gedib danışdıqlarımı çəkib daha geniş müstavidə sizə və xalqa təqdim edəcəyəm.

Şərhlər

XƏBƏR LENTİ