SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Asif Ağayev seçki saxtakarlığına start verdi - İddia

Asif Ağayev seçki saxtakarlığına start verdi - İddia

Tarix:

8-02-2020, 21:42

/ 2 462 dəfə oxundu.
Asif Ağayev seçki saxtakarlığına start verdi - İddia

9 fevralda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı artıq rayonlarda saxtakarlığa başlanılıb. Belə dairələrdən biridə 80 saylı İmişli-Beyləqan seçki dairəsidir...
Bu barədə jurnalist İbad Manafov bloq yazısında məlumat yayıb. Onun yazdığına görə, Beyləqan rayon icra başçısı Asif Ağayevin göstərişi ilə artıq seçki saxtakarlığına start verilib:

"Belə ki, 80 saylı dairənin ən böyük seçicisi olan Dünyamallar kəndindən olan məmurlar bu gündən bu kənddə yaşayan qohum əqrabalarının şəxsiyyət vəsiqələrini yığmağa başlayıblar. Məmurlara tapşırıq verilib ki, əllərindəki şəxsiyyət vəsiqələri vasitəsi ilə toplu Çingiz Qənizadəyə səs versinlər. Dünyamallar kəndinə ezam olunan və seçkilərdə saxtakarlıq edəcək məmurların siyahısını təqdim edirəm:

1. Beyləqan Yaşıllaşdırma İdarəsinin müdiri Məzahir Qanboyov

2. Kürdəmir Mədəniyyət İdarəsinin Beyləqan nümayəndəsi Nazim Mirzəyev

3. Beyləqan Təhsil Şöbəsinin müdiri Süliddin Əsgərov

4. 37 saylı Yol İstismar İdarəsinin müdiri Füzuli Quliyev

5. Beyləqan JEK müdiri Anar Vəliyev.

6. Beyləqan Şahmat İdarəsinin müdiri Misir Xudaverdiyev

Onlara bu işdə kömək edənlər Dünyamallar kənd Bələdiyyə sədri Yalçın Ağayev, kənd icra nümayəndəsi Mürşüd Xudaverdiyevdir”.

qlobal.az

Şərhlər

XƏBƏR LENTİ