SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » 80 saylı İmişli-Beyləqan dairəsində saxtakarlıq edən məmurlar kimlər olub? – İttiham

80 saylı İmişli-Beyləqan dairəsində saxtakarlıq edən məmurlar kimlər olub? – İttiham

Tarix:

14-02-2020, 15:16

/ 1 398 dəfə oxundu.
80 saylı İmişli-Beyləqan dairəsində saxtakarlıq edən məmurlar kimlər olub? – İttiham

Çingiz Qənizaədnin xeyrinə saxtalaşdırmanın başında Beyləqan tərəfdən İcra hakimiyyətinin şöbə müdiri İlqar Quliyevin, idarə-müəsiisə rəhbərlərinin, başçının sağ əli kimi tanınan iş adamı Qəhrəman Qəhrəmanovun, həmçinin İlqar Məmmədovun adları keçir...
Dünən MSK tərəfindən 80 saylı İmişli-Beyləqan dairəsinin nəticələrinin ləvğ edilməsi adı çəkilən rayon əhalisi tərəfindən sevinclə qarşılanıb. Sosial şəbəkə vasitəsi ilə ölkə prezidenti İlham Əliyevə və onun ədalətinə inandıqlarını ifadə edən İmişli və Beyləqan seçiciləri 80 saylı Dairədə total saxtakarlığı edənlərində cəzalanmasını tələb edirlər.

“Fasebook”da “Beyləqan Xəbərləri” adlı səhifədə 80 saylı İmişli-Beyləqan Seçki Dairəsində Çingiz Qənizadənin xeyrinə total saxtakarlıq edənlərlə bağlı ətraflı məlumat yayılıb. PİA.Az bildirir ki, həmin məlumatda Çingiz Qənizaədnin xeyrinə saxtalaşdırmanın başında Beyləqan tərəfdən İcra hakimiyyətinin şöbə müdiri İlqar Quliyev, idarə müəsiisə rəhbərləri, başçınıns sağ əli kimi tanınan iş adamı Qəhrəman Qəhrəmanov, İlqar Məmmədov və digərlərinin adları keçir.

Səhifənin yaydığı məlumatda iddia olunur ki, 80 saylı dairənin Beyləqan hissəsində saxtakarlığıa birbaşa şöbə müdiri İlqar Quliyevlə, iş adamları Qəhrəman Qəhrəmanov və İlqar Məmmədov rəhbərlik edirdilər. Hətta Qəhrəman Qəhrəmanov Çingiz Qənizadənin adı ilə məntəqə sədrlərinə pul da paylayıb. Bundna başqa İlqar Quliyevlə Qəhrəman Qəhrəmanov bir neçə dəfə iş adamına məxsus “Çoban Evi” restoranında icra nümayəndələri və bələdiyyə sədrləri ilə görüşərək onları Çingiz Qənizadənin xeyrinə seçkilərin saxtalaşıdırlması ilə bağlı təlimatlandırıblar.

“Beyləqan Xəbərləri” səhifəsinin yaydığı məlumatda diqqət çəkən məqamlardan biridə İlqar Quliyevlə Qəhrəman Qəhrəmanovun açıq şəkildə Çingiz Qənizadənin Prezidentin köməkçisi Zeynal Nağdəliyevin adamı kimi təqdim etməsidir. Səhifənin iddiasına görə “İ.Quliyevlə Q. Qəhrəmanov hər yerdə deyirdilər ki, Nağdəliyev Qənizadəni deputat görmək istəyir, məhz buna görədə Vilyam Hacıyevlə Asif Ağayevə tapşırıq verib ki, nə olur olsun seçkidən qalib Çingzi çıxmalıdır”.

Səhifə qeyd edir ki, İlqar Quliyevlə Qəhrəman Qəhrəmanov Zeynal müəllimin adından sadəcə manipulyasiya edirdilər.Amma kənd icra nümayəndələri və bələdiyyələr onların bu yalanına ciddi şəkildə inanıblar. Məlumatda vurğulanır ki, MSK 80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticələrini ləvğ edib, amma saxtakar məmurlar hələ ki, cəzalandırılmayıb. Əgər saxtakarlar cəzalanmasa, bu o deməkdir ki, növbəti seçkilərdə yenə bu hallar baş verəcək.
Səhifə 80 saylı İmişli-Beylqəan seçki Dairəsində saxtakarlıq edən bir çox məmurların adlarını da sıralayıb. Həmin məmurlar bunlardır:

Beyləqan Beyləqan Yaşıllaşdırma İdarəsinin müdiri Məzahir Qanboyov;
Kürdəmir Mədəniyyət İdarəsinin Beyləqan nümayəndəsi Nazim Mirzəyev;
Beyləqan Təhsil Şöbəsinin müdiri Süliddin Əsgərov;
Beyləqan JEK müdiri Anar Vəliyev;
Beyləqan Şahmat İdarəsinin müdiri Misir Xudaverdiyev;
Kənd Təsərrüfatı İdarəsinin müdiri Xaliq Məmmədov;
Həmçinin Qəhrəmanlı, Aranlı, Baharlı, Şahsəvən, Çəmənli, Binnətli və digər kənd icra nümayəndələri, bələdiyyə sədrləri...

80 saylı İmişli-Beyləqan dairəsində saxtakarlıq edən məmurlar kimlər olub? – İttiham

Şərhlər

XƏBƏR LENTİ