XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecində rüşvətsiz "iş aşmır" - İTTİHAM/VİDEO

Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecində rüşvətsiz "iş aşmır" - İTTİHAM/VİDEO

Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecində rüşvətsiz "iş aşmır" - İTTİHAM/VİDEO
5-02-2020, 10:47

Poçtumuza daxil olan şikayət məktubunu ixtsarlarla təqdim edirik. Şikayətçilər yazır ki, Göyçay Dövlət İdarəetmə və texnologiya kollecində baş verən "açıq bazar" əhval ruhiyyəsi davam edir. Bu təhsil müəsisəsi kollecdən çox "bazar"-a oxşayır. Burda hər şeyin öz qiyməti var. İstəyir tələbələr , istəyir müəllimlər üçün.
Göyçay Dövlət İdarəetmə və texnologiya kollecinin direktoru İrşad Abbasov ixtisasca ekoloqdur. Şikayətçilərin dediyinə görə İrşad müəllim kollecə direktor gəlməzdən əvvəl qoruqda sıravi işci olub və sonra hansısa sirli bir əlin və ya çubuğun köməyi ilə Göyçay Dövlət İdarəetmə və texnologiya kollecinə dirktor təyin edilib. İrşad müəllim gələndən sonra vəziyyət lap pisləşib.
Belə ki əvvəllər bu təhsil müəsisəsində müəllimlərə verilən jurnallardan heç vaxt direktorar tərəfindən pul yığılmayıb.
Bu ənənəni gətirən direktor hər jurnala görə 2 manat fərdi iş planına görə 1 manat pul yığır. Bundan başqa otaqları təmir edəcəyik deyərək müəllimlərdən hər birindən10-15 manat arası pul alıb. Dərs yükü bölünərkən isə ən azı oklad yarım dərs almaq 300 manat, iki oklad 500 manat olmaqla təyin olunub. Belə olan halda təbii dərsin hansısa keyfiyyətindən danışmaq yersizdir.
Tələbələr üçün isə açıq bazardır. Pulun varsa dərsə gəlməyədə bilərsən. Pulunu verib limitdən yuxarı qaibləri sildirə bilərsən. İmtahanlar isə sadəcə imitasiya üçündür. Hərdən heç imitasiyayda ehtiyac duyulmur. Pulunu ver qiymətini yazsınlar ged. Bütün bu korrupsiyanın başında isə direktor dayanır. Kimsə bizim dediklərimizə inanmırsa buyurub imtahan zamanı Göyçay Dövlət İdarəetmə və texnologiya kollecinə heç kimə xəbər vermədən gələ bilər. Onda görəcəksiniz ki, bizim yazdıqlarımız sadəcə bir detaldır.Kolleçdə İrşad müəllimin qurduğu korrupsiya sistemi sizi dəhşətə gətirəcək. Burda təhsildən heç əsər əlamət qalmayıb.Əvvəlki direktorun zamanında heç olmasa biliyə, oxumağa qiymət verirdilər. İrşad Abbasov gələndən sonra isə bilik zad yoxdur, hər şey pulun üstündə qurulub. Hörmətli redaksiya bütün bu yazdıqlarımzın şahidi olmaq üçün sizi sadəcə Göyçay Dövlət İdarəetmə və texnologiya kollecinə dəvət edirik.Özüdə mümkündürsə imtahan zamanı gələsiniz və kollecin koridorlarında,şöbələrin otaqlarında açılan "bazarı" görəsiniz. Açıq aydın pul alan kim, pul verən kim, bazarlqı edən kim. Koridorlarda isə ayaq üstündə vərəqləri alıb dolduranlar nə qədərdir.
Kolleçdə sən demə birinci kurslara imtahan deyilən bir şey olmur bu özfəaliyyətdir və böyük qanun pozuntusudur.Birinci kurslarda böyük summativ qiymətləndərmə olur və fənn müəllimi tərəfindən aparılır.Buna heç kim müdaxilə etmir.İkincisi bu qərar sırf rüşvət yığmağa xidmət edir və bu təhsil ocağında bir neçə nəfərin varlanmağına xidmət edir.Bu kəsiri çox göstərmək və çox rüşvət yığmaq üçün fikirləşilmiş bir sistemdir.
Hörmtli redaksiya bu rüşvət mexanizmindən valideynlər zinhara gəliblər. Hamı istəyir ki, uşaqları oxuyub savad asınlar, öpz başlarını işlədsinlər.Amma və lakin sən saydığını say gör İrşad müəllim nə sayır....
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Araşdırmamız davam edir. Bizi izləyin.

Teref.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.