SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Lənkəranda Qaraşov dönəmi bitmək üzrədir... - VİDEO

Lənkəranda Qaraşov dönəmi bitmək üzrədir... - VİDEO

Tarix:

18-12-2019, 09:42

/ 1 046 dəfə oxundu.
Lənkəranda Qaraşov dönəmi bitmək üzrədir... - VİDEO

Lənkəranın icra başçısı Taleh Qaraşov üçün də vəziyyət ürəkaçan deyil. Yerli idarəetmə orqanlarındakı kadr dəyişiklikləri cənub zonasını da əhatə etməlidir.

Təkcə Lənkəran deyil, Masallı, Astara və Lerik rayonlarının icra başçılarının fəaliyyəti mərkəzi hakimiyyəti qane etmir.

Cənub bölgəsində gözlənilən inkişaf, nəticələr olmayıb. Amma başlanğıcın Lənkəran olacağı proqnozlaşdırılır.

İcra başçısı Taleh Qaraşov işlədiyi müddətdə özünə, oğlanlarına, yaxın çevrəsinə şərait yaratmaqla məşğul olub. Komanda dəyişikliyi dövründə Lənkəran kimi zəngin və potensiallı regiona gənc kadr təyin olunmaması təəccüb doğurar.

Bu günlərdə dia.az saytı da yazıb ki, Lənkəran şəhəri İcra Hakimiyyəti 90 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsinin təmir işləri tenderinin qalibini açıqlayıb.

Dam örtüklərini “R AND X” MMC şirkəti dəyişdirəcək. İcra Hakimiyyəti “R AND X” MMC ilə 2 milyon 284 min 791 manat məbləğində müqavilə bağlayıb.

Bu şirkətin kimə aid olduğunu hər kəs bilir. Taleh Qaraşov da bilir və bu tender oyununda təbii ki, başçının da pay var və bu da o deməkdir ki, Lənkəranda növbəti büdcə qarəti baş tutumuş hesab oluna bilər.

Çünki ayrılan vəsait heç də görülən işin qiyməti ilə düz mütənasib deyil və ortada böyük miqdarda korrupsiya faktı var.

Növbəti rüşvət ittihamı isə uşaq bağçası ilə bağlıdır. 5 saylı uşaq bağçasının keçmiş tərbiyəçisi Mirzəyevə Nuridə Arif qızı aktualxeber.az-a bildirib ki, bağçanın müdiri Aybəniz Hüseynova ayrılan ərzaqı təyinatı üzrə istifadə etmir:

“2014-2018-ci illərdə Lənkəran şəhər 5 saylı körpələr evi-uşaq bağçasında tərbiyəçi vəzifəsində çalışmışam. İşdən çıxarılmağıma səbəb dövlət tərəfindən verilən ərzaqların təyinatı üzrə istifadə edilməməsi olub. Belə ki, bu barədə müdirimiz Aybəniz xanıma yaxşınlaşaraq, fikrimi bildirdim.

Hətta məndən əvvəl valideynlər də narazılıqlarını bildirmişdilər. Aybəniz Hüseynova isə cavabında bildirib ki, xoşunuza gəlmirsə, uşağını başqa bağçaya apar. Mən Aybəniz xanıma o sözü deyəndən üç saat sonra icra nümayəndəliyindən Günəş adlı qadın gəldi və bildirdi ki, sənin bağçada hazırlanan yeməklərə qarışmağa ixtiyarın yoxdur.

Və mənə icra başçısının əmri ilə işdən azad edildiyimi dedi. Hazırda haqqımın tanınması üçün məhkəməyə müraciət etmişəm.

Aybəniz Hüseynovanın arxasında İcra başçısının müavini Rasilə Arifqızı dayanır deyə heç kimi saymaq belə istəmir. Müdirənin dediyinə görə icra başçısına da müavini vasitəsilə aylıq haqq verir”.

Göründüyü kimi, son bir-iki ay ərzində Qaraşova korrupsiya ittihamları irəli sürülməkdədir.

Taleh Qaraşovun oğlanlarından biri Seymur Qaraşov rayonda bütün tikinti, yenidənqurma və abadlıq işlərinə nəzarəti əlinə keçirib.

AzFakt.com xəbər verir ki, icra başçısının "Hacı" ləqəbli oğlu Seymur bu işləri yaratdığı şirkətlərin birinin vasitəsi ilə həyata keçirir. Belə ki, dövlət büdcəsindən ayrılmış pulların «yad əllərə» keçməsini istəməyən Taleh Qaraşovun bu məqsədlə bir neçə şirkət yaratdığı deyilir.

Amma o şirkətlərin heç birinin ona və ya ailə üzvlərinin adına olmadığı da vurğulanır. Həmin şirkətlərdən birini kənardan oğlu idarə edir ki, ona da Lənkəranın bütün tikinti işləri, torpaq alqı-satqısını həvalə edib.

AzFakt.com-a daxil olan məlumata görə, Lənkəran Gənclər Mərkəzi Seymur Qaraşovun rayonda sahib olduğu son obyekt olmayıb. Bu günlərdə Seymur Qaraşova məxsus "Dəniz" otelinin açılışı olub.
//AzFakt.com//

Şərhlər

XƏBƏR LENTİ