XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Taleh Qaraşov milyonları kimə həvalə etdi? - "R AND X" MMC yenə də milyonları "UDDU"

Taleh Qaraşov milyonları kimə həvalə etdi? - "R AND X" MMC yenə də milyonları "UDDU"

Taleh Qaraşov milyonları kimə həvalə etdi? - "R AND X" MMC yenə də milyonları "UDDU"
26-11-2019, 11:58

Lənkəran şəhəri İcra Hakimiyyəti Lənkəran rayonunda 90 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsinin təmir işləri tenderinin qalibini açıqlayıb.

DİA.AZ xəbər verir ki, dam örtüklərini "R AND X" MMC şirkəti dəyişdirəcək. İcra Hakimiyyəti "R AND X" MMC ilə 2 milyon 284 min 791 manat məbləğində müqavilə bağlayıb.

Bildirək ki, Lənkəran RİH-in müqavilə bağladığı "R AND X" MMC ölkənin ən müəmmalı şirkətlərindən biri kimi tanınır. Bu barədə dia.az-a danışan mənbə isə iddia edir ki, arxasında çox ciddi fiqurların dayandığı "R AND X" MMC-nin ayrı-ayrı rayonlarda, dövlət qurumlarında çoxmilyonluq tenderləri "diri-diri udması" təsadüfi deyil.

Mənbənin dia.az-a söylədikləri: "Bu şirkətin kimə aid olduğunu hər kəs bilir. Taleh Qaraşov da bilir və bu tender oyununda təbii ki, başının da pay var və bu da o deməkdir ki, Lənkəranda növbəti büdcə qarəti baş tutumuş hesab oluna bilər. Çünki ayrılan vəsait heç də görülən işin qiyməti ilə düz mütənasib deyil və ortada böyük miqdarda korrupsiya faktı var".

İddia olunanlarla bağlı bütün tərəfləri dinləməyə hazırıq.

"R AND X" MMC ilə bağlı isə ayrıca araşdırmalarımız olacaq...

Bu şirkətlə bağlı qısaca isə onu deyə bilərik ki, gah kanalizasiya xətti çəkən, gah elmi tədqiqatla məşğul olan "R AND X" MMC-nin fəaliyyəti həm də təkcə dam örtüklərinin yenilənməsi ilə bitmir... Daha maraqlı faktlar var. Bizi izləyin...

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.